. Love.az

Acacia Dealbata - Wikipedia - Love.az

Ana Səhifə - Acacia Dealbata

Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.

Gümüşü akasiya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Caesalpinioideae
Klad:
Mimosoid clade
Cins:
Akasiya
Növ:
Gümüşü akasiya
Beynəlxalq elmi adı
  • Acacia dealbata Link, 1822
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  26425
NCBI  205042
EOL  684065

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çox zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yaxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir. Çiçəkləri xırda olub, kürəvi başcıqlara, sünbüllərə, süpürgələrə və ya salxımlara toplanır. Çiçək ləçəkləri qızılı-sarı rəngdə olur. Çiçəklər yarpaqların qoltuğunda və ya budaqların uclarında yerləşərək iki və ya müxtəlif cinslidir. Erkəkciklər bəzən 50-dən çoxdur. Meyvəsi yastı və boz rəngdə, uzunsov-yumurtavari, az açılan və ya açılmayan paxladır. Toxumları yastı, xətvari-ellipsşəkilli, yumurtavari, tünd şabalıdı, yaxud qaradır. Fevral ayından başlayaraq aprel ayına qədər çiçəkləyir. Toxumla çoxalır.

Ekologiyası

redaktə

Respublikamızda bu növ bəzən qışı sərt keçən illərdə kök boğazına qədər məhv olur, aprel-may aylarında yenidən bərpa olunur.

Azərbaycanda yayılması

redaktə

Gümüşü akasiya Abşeron, Astara və Lənkəranda becərilir.

İstifadəsi

redaktə

Yaşıllaşdırmada dekorativ bitki kimi tək əkinlərdə istifadə edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gümüşü_akasiya&oldid=8060517"
LOVE.AZ