. Love.az

Acipenseriformes - Wikipedia - Love.az

Ana Səhifə - Acipenseriformes

Nərəkimilər (lat. Acipenseriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Nərəkimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Qığırdaqlı qanoidlər
Dəstə:
Nərəkimilər
Beynəlxalq elmi adı
  • Acipenseriformes Lev Berq, 1940[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161063
NCBI  7899
EOL  8300
FW  35127

Bütün qalan şüaüzgəcli balıqlarda (Actinopterygii) olmayan bir sıra qədim əlamətləri saxlamışlar. Nərəkimilərdə onurğa skeletin əsasını elastik xorda təşkil edir, fəqərə cisimlər yoxdur. Quyruq üzgəci qeyri-bərabər pərlidir (heteroserkal), üst pər yuxarıya doğru qalxır. Quyruq üzgəcinin üst pərinin əsası qanoid pulcuqlarla örtülmüşdür. Bədəndə — qanoid pulcuqların rudimentəlri hesab edilən beş uzununa sıra romşəkilli sümük lövhələr vardır. Daxili skelet qığırdaqdan ibarət olduğu üçün nərəkimləri xüsusi qığırdaqlı qanoidlər və ya qığırdaqlı-sümüklü balıqlar qrupuna (Chondrostei) aid edirlər.Bunlar — Avropa, Şimali Asiya və Şimali Amerkanın keçici, yarımkeçici və göl-çay balıqlardır. Xəzər dənizində yalnız nərəkimilər fəsiləsinin nümayəndələri yaşayır.

Təsnifatı

redaktə
  • Nərələr (Acipenseridae) fəsiləsi
  • Kürəkburunlar (Polyodontidae) fəsiləsi
  • Chondrosteidae fəsiləsi (Nəsli kəsilib)
  • Errolichthyidae fəsiləsi (Nəsli kəsilib)

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
  2. ↑ Eschmeyer W. N., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nərəkimilər&oldid=6804564"
LOVE.AZ