. Love.az

Adam Icinde Verilis - Wikipedia - Love.az

Ana Səhifə - Adam Icinde Verilis
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Adam içində — ANS TV-də yayımlanmış veriliş.

Adam içində
Aparıcı Elgiz Əkbər
İlkin mövzu "müğənnilik sənəti"
İstehsalçı ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İlk buraxılış 9 Sentyabr, 2013-cü il
Sonuncu buraxılış 16 Fevral, 2015-ci il
İstehsal
Prodüser Afət Rahilqızı və Şahin Əhədov
Müddəti 2 Saat
Veriliş
Kanal ANS

Verliş haqqında

redaktə

Verilişin ilk qonaqları bəstəkarlar Nailə Mirməmmədli, Elçin İmanov, bəstəkar-müğənni Elza Seyidcahan və cazmen Cavan Zeynallı olub. 2 saat davam edən proqramın ilk mövzusu "müğənnilik sənəti" olub. 2 saat ərzində övladlarını müğənni görmək istəyən analar və müğənnilik arzusu ilə yaşayan gənclər müzakirə olunub.

"Adam içində" proqramı həftəiçi hər gün 2 saat, 17:00–19:00 arası birbaşa efirdə olub. Verilişin prodüserləri telejurnalist Afət Rahilqızı və teleprodüser Şahin Əhədovdur.

"Adam içində" verilişi sosial tok-şou xarakterlidir. Verilişdə əsasən sosial, ailə münaqişələri, şou-biznes, mistik və gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilir. "Adam içində" hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər də dəvət olunur. Prodüseri Şahin Əhədov olan, sözügedən verilişin aparıcısı isə Elgiz Əkbərdir. Digər köməkçi aparıcı isə Afət Rahilqızıdır. Afət Rahilqızı əsasən sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisələri və son məlumatları tamaçaşılara təqdim edir.[1]

İstinadlar

redaktə
  1. ↑ http://www.anspress.com/medeniyyet/09-09-2013/elgiz-adam-icine-cixdi-foto

Həmçinin bax

redaktə
  • Elgiz Əkbər
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adam_içində&oldid=7999570"
LOVE.AZ