. Love.az

Adile Sultan Turbesi - Wikipedia - Love.az

Ana Səhifə - Adile Sultan Turbesi

Adilə Sultan türbəsi — İstanbulun Əyyubsultan ilçəsində yerləşən XIX əsrə aid türbə.

Adilə Sultan türbəsi
Ölkə
  •  Türkiyə

Haqqında

redaktə

1849-cu ildə inşa edilmiş, II Mahmudun qızlarından Adilə Sultanın kaptan-ı dərya Mehmed Əli Paşadan doğulan və uşaq yaşlarında vəfat edən övladları üçün nəzərdə tutulmuşdur. Türbənin şəbəkəli dəmir qapısının hər iki yanında bir türbə hücrəsi var. Bunlardan sağdakı hücrədə 6, soldakı hücrədə isə 3 məzar yeri vardır. Türbə qapısı üzərində Sultan Əbdülməcidin 1849 tarixli bir tuğrası yerləşdirilib. Sarı mərmərdən inşa olunan türbədə ümumilikdə 9 məzar yeri olsa da, bunlardan biri boşdur:

  • Kürəkən Mehmed Əli Paşa
  • Adilə Sultan
  • Adilə Sultanın qızı Hayriyə xanım Sultan
  • Adilə Sultanın qızı Sidiqə xanım Sultan
  • Adilə Sultanın qızı Aliyə xanım Sultan
  • Adilə Sultanın oğlu Sultanzadə İsmayıl bəy
  • V Muradın xanımlarından Rəzan Qadınəfəndi
  • V Muradın qızlarından Aliyə Sultan

Mənbə

redaktə
  • Adile Sultan Türbesi. Camiler, Türbeler, Medreseler Ve Evliyalar Hakkında Bilgiler
  • Adile Sultan Türbesi. Eyüpsultan Belediyesi

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adilə_Sultan_türbəsi&oldid=7879251"
LOVE.AZ