Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019).
Adil Azay | |
---|---|
Doğum tarixi | 12 fevral 1957(1957-02-12) (68 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam, rejissor |
Tələbəsi | Şahin Həsənli |
Mükafatları |
![]() |
Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[1]