. Love.az

Adolf Bastian - Wikipedia - Love.az

Ana Səhifə - Adolf Bastian
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Adolf.

Adolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[1][2][…], Bremen, Almaniya ittifaqı – 2 fevral 1905[3][1][…], Port-of-Speyn, Britaniya imperiyası) — Alman etnoqrafı, səyyahı və filosofu.[5]

Adolf Bastian
alm. Adolf Bastian‎
Doğum adı Philipp Wilhelm Adolf Bastian
Doğum tarixi 26 iyun 1826(1826-06-26)[1][2][…]
Doğum yeri
  • Bremen, Almaniya ittifaqı
Vəfat tarixi 2 fevral 1905(1905-02-02)[3][1][…] (78 yaşında)
Vəfat yeri
  • Port-of-Speyn, Britaniya imperiyası
Elm sahəsi etnoqrafiya
Elmi dərəcələri
  • tibb doktoru[d] (1850)[4],
  • professor (1871)[4]
İş yerləri
  • Humboldt adına Berlin Universiteti
Təhsili
  • Heydelberq Universiteti,
  • Yena Universiteti,
  • Humboldt adına Berlin Universiteti,
  • Vürtsburq Universiteti
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Berlin Coğrafiya Cəmiyyəti (1868–)[4]
Mükafatları 2-ci dərəcəli "Qırmızı qartal" ordeni (Prussiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Xalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian xarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psixologiyaya, adi və xalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi. Onun materializmdən və idealizmdən yüksəkdə durmaq ideyası sadəlövhlük olub о, digər təkamülçülərə nisbətən daha çox idealist xarakter daşıyırdı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Adolf Bastian // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Bell A. Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. ↑ 1 2 3 https://www.logos-verlag.de/PDFS/mbgaeu.41.6.pdf.
  5. ↑ Adolf Bastian // Encyclopædia Britannica Online, 2015-05-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-11-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adolf_Bastian&oldid=7746371"
LOVE.AZ