. Love.az

Adolf Berje - Wikipedia - Love.az

Ana Səhifə - Adolf Berje
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Adolf.

Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886).

Adolf Berje
rus. Адольф Петрович Берже
A.P.Berjenin portreti (F.A.Merkin, 1886 il, dəmir üzərində qravüra)
A.P.Berjenin portreti (F.A.Merkin, 1886 il, dəmir üzərində qravüra)
Doğum tarixi 28 iyul (9 avqust) 1828
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 31 yanvar (12 fevral) 1886 (57 yaşında)
Vəfat yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Milliyyəti alman
Elm sahələri şərqşünaslıq, qafqazşünaslıq, Arxeoqrafiya
Alma-mater Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsi
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d] (–1851)
Tanınır Qafqaz Arxeoqrafiya Komissiyasının sədri, QAK aktlarının redaktoru və tərtibatçısı
Mükafatları 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Şiri-Xurşid" ordeni (Qacar dövləti)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi.[1]

Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur. M. F. Axundov Azərbaycan şairlərinin şeirlər məcmuəsinin hazırlanmasında Berjeyə, o isə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcüməsində M. F. Axundova kömək etmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Jersild, Austin (2002), Orientalism and Empire: North Caucasus Mountain Peoples and the Georgian Frontier, 1845–1917, p. 67 Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. McGill-Queen's University Press, ISBN 0-7735-2329-4
  2. ↑ Берже Адолф Петрович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 111.

Mənbə

redaktə
  • F. S. Qasımzadə. M. F. Axundovun həyat və yaradıcılığı. Bakı: 1962.
  • Н.И.Гулак. А.П.Берже как ориенталист. "Русская старина", т. VI, кн.12, 1887.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adolf_Berje&oldid=7017793"
LOVE.AZ