. Love.az

Afaq Huseynova - Wikipedia - Love.az

Ana Səhifə - Afaq Huseynova
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Afaq.

Afaq Böyük-Ağa qızı Hüseynova — Azərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri[1] Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988).

Afaq Hüseynova
Doğum tarixi 8 yanvar 1955(1955-01-08) (70 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam

Mündəricat

  • 1 Həyatı
  • 2 Diplomları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib.

1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin baş elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir.

1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir.

1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Türkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council).

2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Diplomları

redaktə
  • United States Agency for International Development (Certificate of Achievement).
  • Mental Health Problems in Environment of Severe Social Stress (Certificate of Participation).
  • Certificate from Humid bloc Laboratory at National History Museum of Azerbaijan

İstinadlar

redaktə
  1. ↑ "Qadın rəssamların əl işləri nümayiş olunub". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.

Xarici keçidlər

redaktə
  • Afaq Hüseynova, Yaradıcı Qadınlar Assosiasiyasının sədri Arxivləşdirilib 2007-11-02 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Afaq_Hüseynova&oldid=8001824"
LOVE.AZ