Aida Qarifullina (tam adı: Aida Qarifullina, rus. Аида Эмилевна Гарифуллина; 30 sentyabr 1987, Kazan) — Tatar əsilli rus opera sopranosu. 2013 Operaliya müsabiqəsinin qalibidir. Mariinsk Teatrı və Vyana Dövlət Operasında dəfələrlə səhnə almışdır. Decca Records ilə səsyazma müqaviləsi var.[1][2]
Aida Qarifullina | |
---|---|
tatar. Аида Эмил кызы Гарифуллина | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1987(1987-09-30) (37 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janr | opera |
Səs tembri | soprano |
Albom şirkəti | Decca Records[d] |
Mükafatları |
![]() ![]() |
onlyaida.com | |
![]() |
Aida Qarifullina 1987-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazanda tatar ailəsində[3] anadan olmuşdur. Atası Emil Qarifullin, anası isə hazırda Sofiya Qobəydullina adına Müasir Musiqi Mərkəzinin direktoru,[4] dirijor Leyla İldarovna Qarifullinadır.[5] Uşaqlığının ilk illərindən anası onun musiqi duyumunun inkişafına təsir etmiş və musiqi karyerasının inkişafında həlledici rol oynamışdır.[6] Aida 18 yaşında musiqi təhsili almaq üçün Nürnberqə getmişdir.[7]
2007-ci ildə Vyana Musiqi və Səhnə Sənəti Universitetində Klaudiya Viskanın sinfinə daxil olmuşdur. İki il sonra ilk çıxışını universitetin səhnələşdirdiyi Motsartın Hamı belə edir operasında Despina obrazı ilə reallaşdırmışdır.[8] 2010-cu ildə Moskvada keçirilən Müslüm Maqomayev müsabiqəsində qələbə qazanmışdır.[9] 2011-ci ildə məzun olduqdan sonra Şençjendə keçirilən 2011 Yay Universiada Oyunlarının bağlanış mərasimində[10] və Kazanda Alessandro Safina ilə duet ifa etmişdir.[11]
2012-ci ildə Qarifullina Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Rusiya evinin açılışında mahnı ilə çıxış etmişdir.[12] Londonda ikən Sankt-Peterburqdakı Mariinsk Teatrının bədii direktoru Valeri Gergiyevlə tanış olmuşdur.[13] 2013-cü ilin yanvarında ilk dəfə Mariinsk Teatrının səhnəsinə çıxmış və Motsartın opera-buffu hesab olunan Fiqaronun toyunda Suzanna rolunu canlandırmışdır.[14] Sonralar o, repertuarına Gilda (Riqoletto) və Adina (Sevgi iksiri) obrazlarını da əlavə etmişdir.[15]
İyul ayında Universiadanın səfiri kimi Kazanda 2013 Yay Universiada Oyunlarının açılış mərasimində ifa etmişdir.[16] O, həmçinin Mariinsk Teatrının orkestri ilə "Mədəni Universiada"nın bağlanış mərasimində səhnə almışdır. Səhnə çıxışını Valeri Gergiyev idarə etmişdir.[17]
2013 Operaliya müsabiqəsində ilk mükafatını qazanan Aidanın karyerasında böyük sıçrayış yarandı.[7][18][19] Müsabiqədə Nanetta (Falstaf), Qar Qız (Qar Qız), Suzanna (Fiqaronun toyu) və Cülyettanın (Kapuleti və Monteki) ariyaları ifa edilmişdi.[18] Oktyabrda o, Tatarıstan Respublikasının əməkdar artisti fəxri adına və Tatarıstan Respublikası Prezidentinin Tərifnaməsinə layiq görüldü.[20]
2013–2014-cü illərdə Aida Xose Karreras, Plaçido Dominqo və Dmitri Hvorostovski ilə yanaşı bir sıra önəmli səhnələrdə çıxış etmişdir.[21][22][23] 2014-cü ildə Londonda Viqmor Hollda keçirilmiş Rozenblat konsertində iştirak etmişdir.[24][25] 2015-ci ildə Decca Records ilə səsyazma müqaviləsi bağlamışdır.[19]
2014/2015 mövsümünün başlaması ilə Vyana Dövlət Operası ansamblının üzvünə çevrilmişdir.[26] O, 2016-cı il istehsalı Florens Foster Cenkins filmində fransız-amerikan soprano ulduzu Lili Ponsu canlandırmış və Delibin Lakme operasından "Zəng mahnısı"nı səsləndirmişdir.[27] 2017-ci ilin fevralında Decca ilə öz adını daşıyan albom buraxdı; albom Kornelius Maysterin rəhbərlik etdiyi ORF Radio-Simfonik Orkestri ilə birgə ərsəyə ətirilmiş 15 ariyadan ibarətdir.[28][29]
13 iyun 2018-ci ildə Qarifullina Moskvada Qırmızı meydanda keçirilən 2018 FİFA Dünya Kubokunun açılış mərasimində çıxış etmişdir. Onunla bərabər səhnə alanlar arasında Anna Netrebko, Xuan Dieqo Flores, Plaçido Dominqo və Valeri Gergiyevin rəhbərlik etdiyi Mariinsk Teatrının orkestri də var idi. 14 iyunda Aida Moskvanın Lujniki stadionunda keçirilmiş 2018 FİFA Dünya Kuboku açılış mərasimində ifa etmişdir.[30] O, ingilis pop müğənnisi Robbi Vilyams ilə Angels mahnısını səsləndirmişdir.[30]
Vikianbarda Aida Qarifullina ilə əlaqəli mediafayllar var. |