Akane Takada (高田 茜, Takada Akane?) – Yaponiya balerinası. Londonda yerləşən Kral Baletinin premyeridir. "Jizel", "Bayaderka", "Don Kixot" və "Ağbəniz" kimi baletlərdə çıxış etmişdir.
Akane Takada | |
---|---|
yap. 高田茜 | |
![]() | |
Doğum tarixi | 18 aprel 1990(1990-04-18) (35 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | balerina |
Üzvlüyü |
|
![]() |
Akane Takada 18 aprel 1990-cı ildə Tokioda doğulmuşdur.[1] O, Katsuşikada yerləşən Hiqaşişinkoiva məhəlləsindəndir. 3 yaşında Edoqava yaxınlığında yerləşən Hiromi Takahaşi Balet Studiyasında baletlə məşğul olmağa başlamışdır.[2] 12 yaşı olanda dizindən zədə almış və diz qapağının yerdəyişməsi halı ilə üzləşmişdir. Korrektiv əməliyyata daxil olmaq üçün yaşı çatmadığı üçün bir ildən çox müddət ərzində baletlə məşğul ola bilməmişdir.[3] Milli Balet Assosiasiyası tərəfindən keçirilən müsabiqə zamanı "Çakott" balet ansamblının təqaüdünü qazanmış və 2006–2008-ci illərdə Bolşoy Balet Akademiyasında təhsil almışdır. O, əvvəlcə beynəlxalq rəqqaslardan dərs alsa da, daha sonra rusların sinfinə daxil olmuşdur.[4][5] 2008-ci ildə keçirilmiş Lozanna Mükafatı balet müsabiqəsində həm təqaüd, həm də "Tamaşaçıların favoriti" mükafatını qazanmışdır.[6]
Takada 2008-ci ildə şagird kimi, 2009-cu ildə isə sənətçi kimi Kral Baletinə qoşulmuşdur.[7] Xoreoqraf Veyn Makqreqor onu 2009-cu ildəki "Limen" adlı yeni baletinin heyətinə daxil etmişdir.[8] O, Frederik Eştonun "Rapsodiya" baletinin yeni versiyasında çıxış etmiş və performansı bəyənilmişdir.[9] Onun "Sinderella" baletindəki Payız pərisi performansı tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmışdır.[10] 2011-ci ildə eyni dizindən bir daha zədələnmiş və karyerasında fasilə yaranmışdır.[3] 2013-cü ildə "Onegin" baletində Olqa rolunda rəqs etmişdir.[11]
Takada 2014-cü ildə əsas soloçu olmuşdur.[12] 2014-cü ilin dekabrında "Don Kixot" baletinin günorta tamaşasında Kitri rolunda çıxış etmiş, axşam tamasında Nataliya Osipovanı əvəz etmişdir.[3] Onun çıxışı tənqidçi Zoye Anderson tərəfindən bəyənilmişdir.[13] Takada 2015-ci ildə ilk soloçu kimi Frederik Eştonun "İki göyərçin" baletində rəqs etmişdir.[14]
Takada 2016-cı ildə premyer olmuşdur.[5] "Vogue Japan" onun 2016-cı ildə ilin qadınlarından biri adlandırmışdır.[15] Takada premyer kimi "Jizel" baletinin baş rolunda debüt etmişdir.[16] 2017-ci ildə Frederik Eştenonun "Yuxu" baletində Titaniya rolunda rəqs etmişdir.[17] 2018-ci ildə Veyn Makqreqorun "İnfra" baletində çıxış etsə də, performansı tənqid olunmuşdur.[18] Həmin il "Bayaderka" baletində Nikiya rolunda çıxış etmişdir.[19]
"Evening Standard" qəzetinin tənqidçisi Emma Birn 2019-cu ildə Takadanı "Kral Baletinin ən zərif rəqqasələrindən biri" adlandırmışdır.[20] Takada Kral Baletinin 2019-cu ildəki Yaponiya turunda iştirak edə bilməmiş, zədə səbəbilə "Don Kixot" baletinin Yaponiya premyerasında Kitri rolunu canlandırmamışdır.[21] O, 2019-cu ilin noyabrında "Ağbəniz" baletinin birinci aktı zamanı zədələnmişdir.[22]