. Love.az

Akdeniz Heykeli - Wikipedia - Love.az

Ana Səhifə - Akdeniz Heykeli

Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu.[1]

Ağdəniz heykəli
türk. Akdeniz Heykeli
Heykəlin görünüşü
Heykəlin görünüşü
Xəritə
Ölkə Türkiyə Türkiyə
Yerləşir İstanbul
Heykəltaraş İlhan Koman
Sifarişçi Halk Sigorta (Yapı Kredi Sigorta)
Material metal lövhələr
Saxlanıldığı yer
  • Bəyoğlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

redaktə

Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir.[2][3] Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir.[2] İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur.[2] Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır.[4]

Yerləşdirilməsi

redaktə
 

Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.[2] 2014-cü ildə İsrailin Qəzzəyə hücum etməsinə etiraz etmək məqsədilə yaxınlıqdakı İsrail səfirliyi önündə etiraz aksiyası keçirən etirazçılar tərəfindən məhv edilmişdir.[3] Bu hadisədən sonra Ədirnə xalqı heykəlin Ədirnəyə gətirilməsi üçün imza kampaniyası başlatmış, Antalyanın Muradpaşa ilçəsi də heykəlin Aralıq dənizi regionunda olmalı olduğunu əsas gətirərək heykələ ev sahibliyi etmək üçün müraciət etmişdi.[5]

2017-ci ildə heykəl İstiqlaliyyət küçəsində yenicə inşa edilmiş Yapı Kredi İncəsənət Binasının üçüncü mərtəbəsində küçədən görünəcək vəziyyətdə yerləşdirilmişdir.[1]

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 "Akdeniz Heykeli Bir Kez Daha Taşınıyor". Sanatatak. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  2. ↑ 1 2 3 4 "Akdeniz Heykeli Protestoya Kurban Gitti". Arkitera (türkcə). 18 iyul 2014. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  3. ↑ 1 2 "Akdeniz Heykeli'nin İsrail'le ne alakası var?". Diken (türkcə). 18 iyul 2014. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  4. ↑ "Akdeniz Heykeli'nin üzücü hikayesi Kaynak: Akdeniz Heykeli'nin üzücü hikayesi". Gerçek Gündem (türkcə). 20 iyul 2014. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  5. ↑ "İsrail protestosunda kolu kırılan Akdeniz Heykeli'ne talip çok!". Diken (türkcə). 24 iyul 2014. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağdəniz_heykəli&oldid=7158472"
LOVE.AZ