Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Məmmədov Akif Güləli oğlu (17 may 1953, Lerik rayonu – 11 iyun 2017, Bakı) — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis.
Akif Məmmədov | |
---|---|
Akif Güləli oğlu Məmmədov | |
![]() | |
Doğum tarixi | (72 yaş) |
Doğum yeri | Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 11 iyun 2017(2017-06-11) (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | filologiya, dilçilik, Azərbayca dilinin tədrisi metodikası |
Elmi dərəcəsi | pedaqoji elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Bakı Slavyan Universiteti |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Elmi rəhbəri | Bəşir Əhmədov |
17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971–1975-ci illər arasında V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981–1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990–1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır.
1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında "Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V–VIII siniflərin materialları əsasında)" adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1993–1995-ci illərdə "Futuroloq" Fasiləsiz Təhsil Kompleksində, 1993–2001-ci illərdə M. F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991–1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.
1996–1998-ci illərdə "Mütərcim" jurnalında məsul katib və redaktor olmuşdur. 1995-ci ildən indiyə kimi "Turan" humanitar liseyində (indi BSU-nun Məktəb-Lisey Kompleksi) bir müddət direktor müavini, sonralar Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri işləmişdir. Hazırda həmin kompleksdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.[1]
1992-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunda Azərbaycan dili müəllimlərinə mühazirələr oxuyur.
2007-ci ildən BSU-nun Müasir Azərbaycan dili kafedrasının dosentidir.
1977-ci ildə ailə həyatı qurmuşdur, iki oğlu, üç nəvəsi var.
11 iyun 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Akif Məmmədov elmi yaradıcılığa 1987-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. Onlarla elmi-metodik məqalənin, bir neçə monoqrafiyanın, metodik vəsaitin, tövsiyənin müəllifi, "Mütərcim" nəşriyyatında uzun müddət çap olunan onlarla kitabın, "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında 1992–2007-ci illərdə Azəərbaycan dili və onun tədrisi ilə bağlı dərc edilən məqalələrin redaktoru, BSU-nun Azərbaycan dili kafedrasının ali məktəblər üçün hazırladığı eksperimental "Azərbaycan dili" dərsliyinin ixtisas redaktoru və əsas müəlliflərindən biridir.
1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında Azərbaycan dili şöbənin müdiri vəzifəsində çalışmış, jurnalda dilin nəzəri və metodik aspektlərini əks etdirən ayrı-ayrı müəlliflərin məqalələrində A. Məmmədovun bir redaktor kimi dəst-xəttini aydın görmək olar. A. Məmmədov jurnalda işlədiyi müddətdə, demək olar ki, hər nömrədə Azərbaycan dili müəllimlərinin qabaqcıl təcrübəsinin yayılmasına ("Bir dərsdən öyrəndiklərimiz", "Bir dərsin uğuru", "Müasir dərs ciddi hazırlıq tələb edir" və s.); Azərbaycan dilinin nəzəri problemlərinə ("Qoşma idarə edirmi?", "Məktəblinin etimoloji lüğəti", "Müəllim nəyə istinad etməlidir?", "Bədiiliyin fonetik səviyyədə ifadəsi", "İstəyirəm sübut edəm ki…", "Dərsliklərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair", "Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı?" və s.), dildə nisbətən çətin tədris olunan mövzuların metodikasına ("Qrammatik sual təlimdə vasitə kimi", "Azərbaycan dili dərslərində interaktiv təlim metodları", "Günahkar kimdir?", "Etimoloji xarakterli səhvlər və onların aradan qaldırılması", "Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi" və s.) həsr edilmiş yazıları ilə çıxış edir. Jurnalın ən maraqlı rubrikası olan "Suallara cavab"ı da A. Məmmədov aparmış, ən çox orta məktəb müəllimlərinin qarşısına çıxan nəzəri və praktik çətinliklərdən yaranan suallara ətraflı cavablar vermişdir.
BSU-nun respublikada Məktəb-Lisey Kompleksinin yaranmasında fəal iştirak etmiş, Kompleksin ilk direktor müavini və müəllimlərindən biri olmuşdur. . "Mütərcim" ədəbiyyat və tərcümə jurnalının nəşrinə böyük köməklik göstərmiş və ilk məsul katibi olmuşdur.
Akif Məmmədov qələmini publisistika sahəsində də sınamışdır. Cəmiyyət həyatının müxtəlif sahələrinə, o cümlədən daha çox bələd olduğu məktəb, təhsil, maarif sahəsinə aid yazdığı publisist və elmi-publisist məqalələri dilinin aydınlığı, mövqeyinin kəskinliyi və üslub aydınlığı ilə seçilir. XX əsrin 90-cı illərindən başlayan siyasi durumun cəmiyyətdə özünü göstərən neqativ əks-sədası bu yazılarda ustalıqla və bir qədər də satirik dillə təhlil edilir. Yaltaqlıqla mövqe qazanmaq ("Yaltaqlıq"), bütün cəmiyyətə, o cümlədən nisbətən təmiz qalan orta məktəblərə belə rüşvətin sirayət etməsi ("Orta məktəbdə rüşvət – bu, dövrün bəlasıdır"), müəllimlərin attestasiyasında yol verilən neqativ hallar ("Gündə bir çıxarır zakoni-tazə"), islami dəyərlərin orta məktəbə gətirilməsi adı altında boş kompaniyaçılıq ("İslami biliklər məktəbə gəlir. Amma necə?"), özəl ali məktəblərdə tədrisin vəziyyəti ("Təhsildə özəlləşmə. Vəziyyət necədir?") və s. aktual problemlər A. Məmmədovun publisist yazılarının əsas mövzuları olmuşdur.
Onlarla dərslik, vəsait və ali məktəb proqramının, yüzdən çox elmi, metodik və publisistik məqalənin müəllifidir. Mətbuatda həyat və fəaliyyətinə aid məqalələr dərc olunmuşdur.