Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur:
1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s. dövlət və ya ictimai təşkilatlar xeyrinə zəbt edilməsi); 3. Müəssisənin nizamnamə fonduna üzvlük haqqı ödəmək zərurəti yaranıbsa; 4. Müəssisənin ailə üzvləri, səhmdarlar, pay sahibləri və ya şəriklər arasında bölünməsi təhlükəsi gözlənilirsə; 5. Kimsə mirasa sahib çıxarsa; 6. Müəssisənin biznes planını tərtib etmək tələb olunursa.
Uzunmüddətli aktivlər — müəssisə tərəfindən əldə edilən və uzunmüddətli istifadə olunan aktivlərdir.
Aktivlər istifadə məqsədlərindən asılı olaraq qısamüddətli və uzunmüddətli qruplara bölünə bilər. Bir müəssisə üçün qısamüddətli aktiv digər bir müəssisə üçün uzun müddətli aktiv hesab oluna bilər.
Aktivlərin bazar dəyərinin qiymətləndirilməsi real parametrlərə əsaslanır. Bunun sayəsində kifayət qədər dəqiq məlumat əldə etmək mümkündür. Verilən məlumatlardan tam istifadə edilə bilər.[3]