Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Alberto Fuximori (ispanca: Ken'ya Alberto Fuximori, yaponca : 藤森謙也, Yapon vətəndaşı: Kataoka Kenya, 片岡謙也; 26 iyul 1938[1][2][…], Lima – 11 sentyabr 2024[3]) — Yapon əsilli Peru dövlət məmuru. 1990 - 2000-ci illərdə fəaliyyət göstərmiş Perunun 54-cü prezidenti. O, prezidentliyi dövründə mühüm iqtisadi islahatlar aparıb.
Alberto Fuximori | |
---|---|
Alberto Ken'ya Fujimori | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Alberto Kenya Fujimori Inomoto |
Doğum tarixi | 26 iyul 1938(1938-07-26)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 sentyabr 2024(2024-09-11)[3] (86 yaşında) |
Vəfat səbəbi | dil xərçəngi[d][5][6] |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], yazıçı, televiziya aparıcısı |
Uşaqları | 4[4] (Keiko Fujimori, Kenji Fujimori daxil olmaqla) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[7] |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
alberto.fujimori.pe | |
![]() |
O, 1938-ci ildə Limada yapon mühacirləri Naoiti Fujimori və Mutsue İnomotonun oğlu olaraq anadan olub. 1956-cı ildə orta məktəbi bitirmişdir. 1961-ci ildə Kənd Təsərrüfatı fakültəsini bitirərək kənd təsərrüfatı mühəndisi diplomu aldıqdan sonra 1964-cü ildə Fransanın Strasburq Universitetində fizika, 1969-cu ildə Viskonsin Universitetində riyaziyyat üzrə magistratura pilləsini bitirib. 1974-cü ildə o, yapon əsilli Perulu olan Susana Higuchi ilə evləndi. Uğurlu akademik karyerası sayəsində 1984-cü ildə Peru Milli Kənd Təsərrüfatı Universitetinin rektoru təyin edilib. 1988-ci ildə müxtəlif televiziya proqramlarında çıxış etməyə başladı. 1990-cı ildə Peruda keçirilən prezident seçkilərində o, məşhur yazıçı Mario Varqas Llosa ilə yarışdı və heç kim ona şans verməsə də, prezident seçildi.[8]