Alberto Paloski (4 yanvar 1990[1][2], Kiari, Lombardiya) — Seria C liqasının B qrupunda çıxış edən "Siena" klubunun hücumçu mövqeyində çıxış edən İtaliya futbolçusu.[3]
Alberto Paloski | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1990(1990-01-04)[1][2] (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 182 sm |
Çəkisi | 82 kq |
Mövqeyi | hücumçu |
![]() |
2008-ci ildə Paloski İtaliya millisinin heyətində 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2 qol vurmuşudur. 18 noyabr 2008-ci ildə İtaliyanın U-21 yığmasında Almaniya ilə yoldaşlıq oyununda debüt etmişdir. O, 2009-cu ildə İsveçdə keçirilən U-21 Avropa çempionatında İtaliya heyətinə dəvət almışdır. 2014-cü ilin mart ayında Çezare Prandelli onu əsas milli komandanın heyətinə saldı.[4] 31 may 2015-ci ildə Paloski Antonio Konte tərəfindən yenidən təlim-məşq toplanışına çağırıldı.[5]