. Love.az

Aleksandr Andronov - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Andronov

Aleksandr Andronov – rus fiziki, SSRİ EA akademiki (1946), Qorki universitetinin professoru (1934). Əsərləri qeyri-xətti rəqslər nəzəriyyəsinə və avtomatik tənzimləmə nəzəriyyəsinə aiddir. Andronov qeyri-xətti rəqslər nəzəriyyəsi məsələləri üçün ilk effektiv riyazi metod vermişdir (1928). Bu metod vasitəsilə avtorəqslərin dəqiq nəzəriyyəsinin əsaslarını yaratmış, radiotexnika, avtomatik tənzimləmə və s. sahələr üçün mühüm əhəmiyyəti olan qeyri-xətti məsələlərin həllinə tətbiq etmişdir. Qeyri-xətti rəqslər sahəsində elmi məktəb yaratmışdır. [2]

Aleksandr Andronov
Aleksandr Aleksandroviç Andronov
Doğum tarixi 11 aprel 1901
Doğum yeri Rusiya, Moskva
Vəfat tarixi 31 oktyabr 1952 (51 yaşında)
Vəfat yeri Rusiya, Qorki
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Atası Aleksandroviç
Elm sahələri fizika, mexanika, riyaziyyat
Elmi dərəcələri professor (1934), akademik (1946), fizkia-riyaziyyat elmləri doktoru
İş yeri
  • N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti
Təhsili
  • Moskva Dövlət Universiteti
Tanınmış yetirmələri Mark Ayzerman[1]
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası (1946–1952)
Mükafatları "Qırmızı ulduz" ordeni


Xarici keçidlər

redaktə
  • Author profile

İstinadlar

redaktə
  1. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 494. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_Andronov&oldid=5509387"
LOVE.AZ