Aleksandr Bronyar (fransız dilində:Alexandre Brongniart, 5 fevral 1770–7 oktyabr 1847) — fransız kimyaçısı[1], farmasevt, mineraloq, mineralogiya professoru, geoloq, zooloq, botanik və paleontoloq. Fransız botaniki, paleobotanikanın banilərindən biri olan Adolf Teodor Bronyarın (1801–1876) atası[2].
Aleksandr Bronyar 5 fevral 1770-ci ildə Paris şəhərində anadan olmuşdur.
O, 1788-ci ildə Société philomathique de Paris yaradılmasında iştirak etmişdir. Aleksandr Bronyar 1794-cü ildə dağ-mədən mühəndisi vəzifəsinə təyin edilmişdir. O, 1797-ci ildə təbiət elmləri üzrə professor oldu.
Aleksandr Bronyar 1800-cü ildə Sevrdə farfor fabrikinin direktoru təyin edildi, 1818-ci ildə isə böyük dağ-mədən mühəndisi vəzifəsində fəaliyyətini davam etdirmişdi[3].
1822-ci ildə A. Bronyar Paris Milli təbiət elmləri tarixi muzeyinin mineralogiya professoru təyin edildi.
O, 7 oktyabr 1847-ci ildə doğma şəhərində vəfat etmişdir. Bronyartit mineralı bu aliminin şərəfinə adlandırılmışdır.[4].
Aleksandr Bronyar daşlaşmış canlı qalıqların tədqiqi üzrə ixtisaslaşmışdı. O, kimya, mineralogiya, farmakologiya, geologiya, zoologiya, botanika və paleontologiya ilə məşğul olmuşdu.[5].
Aleksandr Bronyar aşağıdakı əsərlərin müəllifidir.