. Love.az

Aleksandr Qernqross - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Qernqross

Aleksandr Alekseyeviç Qernqross (rus. Александр Алексеевич Гернгросс; 4 avqust 1851[1], Smolensk[1] – 17 mart 1925[1], Leninqrad[1]) – Rusiya İmperator Ordusunun hollanəsilli generalı. Rus-yapon müharibəsində diviziya və korpus komandanı kimi iştirak etmişdir. Müharibədən sonra ordunun aparıcı üzvlərindən biri olmuşdur.[2]

Aleksandr Qernqross
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1851(1851-08-04)[1]
Doğum yeri
  • Smolensk, Smolensk quberniyası[d], Rusiya imperiyası[1]
Vəfat tarixi 17 mart 1925(1925-03-17)[1] (73 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ[1]
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Rusiya İmperator Ordusu
Rütbəsi infanteriya generalı[d], general[1]
Döyüşlər
  • Rusiya–Osmanlı müharibəsi (1877–1878),
  • Boksçular üsyanı,
  • Rus-yapon müharibəsi,
  • Birinci Dünya müharibəsi
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) Ağ Qartal ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) "İgidliyə görə" qızıl qılıncı (Rusiya imperiyası)

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
    • 1.1 Rus-yapon müharibəsi
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat

Həyatı və fəaliyyəti

redaktə

Aleksandr Qernqross hollanəsilli Baltika almanlarına mənsub olan ailədə doğulmuşdur. 1868-ci ildə hərbi xidmətə daxil olmuş, Riqa Piyada Məktəbini bitirmişdir. 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.

Rus-yapon müharibəsi

redaktə

Qernqross Rus-yapon müharibəsində Birinci Sibir Ordu Korpusunun tərkibində olan 1-ci Sibir atıcı alayının komandanı olmuş və Telissu döyüşündə iştirak etmişdir. Daha sonra korpusunun komandanı olmuş və Lyaoyan döyüşündə döyüşmüşdür. Şahe döyüşü zamanı Şərq bölüyünün əsgərləri ilə yaradılmış xüsusi birliyə başçılıq etmiş və 16 oktyabr 1905-ci ildə Şa çayının cənubunda yerləşən Putilov, eləcə də, Ağac yüksəkliklərini ələ keçirməyi bacarmışdır. Qısa fasilədən sonra 1905-ci ilin fevralında yenə Birinci Sibir Ordu Korpusunun komandanı olmuş və Mukden döyüşündə iştirak etmişdir. O, müharibənin sonuncu quru döyüşündə Yaponiyanın Üçüncü Ordusuna qarşı döyüşmüş, lakin dəstək almadığı üçün geri çəkilməyə məcbur olmuşdur.[2]

Mancuriyadakı hərbi bacarıqlarına görə müharibədən sonra tanınmış hərbçiyə çevrilmiş və 1911-ci ildə ordunun baş qərargahının başçısı təyin olunmuşdur. O, bu vəzifəni 1914-cü ilin martına kimi tutmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Deutsche Nationalbibliothek Record #1090897006 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 3 Kowner. səh. 131

Ədəbiyyat

redaktə
  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 131. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 10 may 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_Qernqross&oldid=7016770"
LOVE.AZ