Aleksandr Vadimoviç Raykov ( rus. Александр Вадимович Райков; 9 dekabr 1989, Daşkənd) — Özbəkistanli intellektual oyunçu. 2010-cu ilin 14 noyabr tarixində "Nikita Mobayl Te Te" komandası daxilində 20 yaşında 2010-cu ilin dünya çempionu oldu.
Aleksandr Raykov | |
---|---|
![]() | |
Doğum tarixi | 9 dekabr 1989(1989-12-09) (35 yaş) |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Fəaliyyəti | vikipediyaçı, psixoloq, İntellektual oyunlar iştirakçısı[d] |
![]() |
Aleksandr Raykov 1989-cu il 9 dekabrda, Daşkənddə, rus ailəsində anadan olmuşdur. O, Daşkənd Mirzo Uluqbek rayonu 225 saylı orta məktəbdə təhsil alıb.[1] Daha sonra Moskva Dövlət Universitetinin Daşkənd filialının Psixologiya fakültəsini bitirib.[2]
Alexander Raykov (Carpodacus istifadəçi adı altında, əvvəlcə Raykoffff adı ilə) Rusca Vikipediyada iştirak edir.[3][4] O, həmçinin Özbəkcə Vikipediyadə iştirak edir. 2013-cü ilin payızında "Uzinfocom"- kompüter və informasiya texnologiyalarının tətbiqi Mərkəzində "Vikipediyanı genişləndirmək" mövzusunda təlim seminar keçirdi.[3][5]