Aleksandr Aleksandroviç Vasiliyev (rus. Алекса́ндр Алекса́ндрович Васи́льев, ing. Alexander Vasiliev; 22 sentyabr (4 oktyabr) 1867[1][2], Sankt-Peterburq – 30 may 1953[1][2], Vaşinqton) — Rusiya və ABŞ tarixçisi, şərqşünası, ərəbşünası, bizansşünası, İmperator Pravoslav Fələstin Cəmiyyətinin üzvü.
Aleksandr Vasiliyev | |
---|---|
rus. Александр Александрович Васильев | |
![]() | |
Doğum tarixi | 22 sentyabr (4 oktyabr) 1867[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1953(1953-05-30)[1][2] (85 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | şərqşünaslıq |
Elmi adı | |
İş yerləri |
|
Üzvlüyü |
|
Aleksandr Aleksandroviç Vasiliyev 4 oktyabr 1867-ci il tarixində Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Onun atası podpolkovnik Aleksandr Stepanoviç Vasiliyev Sankt-Peterburq qala dəstəsinin komandiri idi. Onun atası 1880-ci ildə, anası Olqa Aleksandrovna (Çelpanova) is 1912-ci ildə vəfat etmişdir.[4][5] Onun kiçik qardaşı Vladimir Vasiliyev hidravlik mühəndis olmuşdur.
Vasiliyev 1887-ci ildə 1№ klassik gimnaziyadan məzun olan Vasiliyev daha sonra Sankt-Peterburq Konservatoriyasına nəzəriyyə və kompozisiya sinifinə və Sankt-Peterburq Universitetinin Ərəb Şərqinin Tarixi fakültəsinə daxil olmuşdur. O, bir ildən sonra konservatoriyanı tərk etmiş, özünü tamamilə tarix öyrənməyə həsr etmişdir.
Vasiliyev 1892-ci ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirmişdir. Onun ərəb dili müəllimi baron V. R. Rozen Vasiliyevə tövsiyə edir ki, binansşünaslıq ilə məşğul olsun və akademik V. Q. Vasiliyevski ilə əlaqə qursun.[6] Vasiliyev 1892–1897-ci illərdə 1№ klassik gimnaziyada qədim dillər üzrə dərs deyir. O, 1897–1900-cü illərdə Parisdəki işgüzar səfəri zamanı Tarix və Filologiya fakültəsinin alimi olmuşdur. Vasiliyev 1901-ci ildə "Amori sülaləsi dövründə Bizans və ərəblərin siyasi münasibəti" mövzusunda öz magistrlik dissertasiyasını müdafiə etmişdir.
Vasiliyev 1912–1922-ci illərdə Sankt-Peterburq Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsinin professoru və dekanı olmuşdur. O həmçinin, 1912–1925-ci illərdə Sankt-Peterburq Universitetinin professoru idi. Bundan əlavə, Vasiliyev Rusiya Maddi Mədəniyyət Tarixi Akademiyasında çalışmışdır. Orada, 1919-cu ildən erkən xristian və Bizans arxeologiyası və incəsənəti kateqoriyasının rəhbəri vəzifəsini icra etmişdir. Vasiliyev 1920–1925-ci illərdə Rusiya Maddi Mədəniyyət Tarixi Akademiyasının sədri olmuşdur. O, 1919-cu ildən Vasiliev Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.
Vasiliyev 1925-ci ildə xarici ölkələrə, əvvəlcə Berlinə, daha sonra Parisə, axırda isə ABŞ-a ezamiyyətə getmişdir. O, 2 iyun 1925-ci il tarixində ümumi yığıncağın qərarı ilə SSRİ Elmlər Akademiyasından xaric edilmişdir. 1 iyul 1928-ci il onun işgüzar səfərinin son tarixi idi, ancaq o, geri dönməmək qərarı almışdır.
Vasiliyev 1925–1938-ci illərdə Viskonsin Universitetinin professoru olmuşdur. O, 1934-cü ildə Yuqoslaviya Elmlər Akademiyasının üzvü seçilmişdir. Vasiliyev 1935–1951-ci illərdə Praqadakı N.P. Kondakov adına Arxeoloji İnstitutunun Prezidenti, Orta əsrlər üzrə Amerika Akademiyasının üzvü və Beynəlxalq Bizansşünaslıq Birliyinin sədri olmuşdur.[7]