. Love.az

Aleksandr Vlasov - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Vlasov

Aleksandr Vlasov (rus. Власов, Александр Владимирович; 20 yanvar 1932, Babuşkin, Şərqi Sibir diyarı[d] – 9 iyun 2002, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1981–91; 1976–1981-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə üzvlüyə namizəd), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd (1988–90), SSRİ Ali Sovetinin Millətlər Sovetinin Çeçen-İnquş SSR-dən olan deputatı (1977–89). SSRİ xalq deputatı (1989–91). Rus milliyyəti. Sovet İttifaqı Kommunist Partiyası Çeçen-Inquş Regional Komitəsinin birinci katibi (1975–84); Sovet İttifaqı Kommunist Partiyası Rostov Regional Komitəsinin birinci katibi (1984–86); SSRİ Daxili İşlər Naziri (1986–88); RSFSR Nazirlər Sovetinin sədri (1988–90). O, Rusiyanın son kommunist baş naziri[1] və Mixail Qorbaçovun yaxın müttəfiqi idi.[2]

Aleksandr Vlasov
rus. Александр Владимирович Власов
SSRİ daxili işlər naziri
24 yanvar 1986 – 10 oktyabr 1988
ƏvvəlkiVitali Fedorçuk[d]
SonrakıVadim Bakatin[d]
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1932(1932-01-20)
Doğum yeri
  • Babuşkin, Kabanski rayonu[d], Buryat-Monqol MSSR[d], Şərqi Sibir diyarı[d], RSFSR, SSRİ
Vəfat tarixi 9 iyun 2002(2002-06-09) (70 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • İrkutsk Dövlət Texniki Universiteti[d]
Fəaliyyəti mühəndis, mədən mühəndisi, siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü SSRİ Daxili İşlər Nazirliyi[d]
Rütbəsi general-polkovnik
Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı (Rusiya) "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Kareyerası
  • 3 Son illəri
  • 4 İstinadlar

Həyatı və təhsili

redaktə

Vlasov 20 yanvar 1932-ci il tarixində Buryat Muxtar Sovet Sosialist Respublikası, Babuşkin şəhərində (indiki Buryatiya, Rusiya) rus ailəsində anadan olub.[3][4] İrkutsk Mədən və Metallurgiya İnstitutunu oxumuş, 1954-cü ildə dağ mühəndisliyi ixtisası üzrə məzun olub.[4][5]

Kareyerası

redaktə

Vlasov Şərqi Sibirdə bir mədəndə usta işləyib.[5] 1954-cü ildən 5 nömrəli Çeremxovo mədənində işləyib. 1954–55-ci illərdə mədənin ilkin komsomol təşkilatının katibi, şöbə müdiri, komsomolun Çeremxovo şəhər komitəsinin ikinci katibi olub. 1955-ci ildən — ikinci katib, 1960–61-ci illərdə İrkutsk komsomol komitəsinin birinci katibi işləyib. 1956-cı ildə kommunist partiyasına qoşuldu.[5] 1965-ci ildə Yakut partiyası obkomunun ikinci katibi seçildi.[4] Qorbaçov orada işləyən dövrlərdə Vlasov Şimali Qafqaz hərbi dairəsinin hərbi şurasının üzvü işləyib.[5] Vlasov 1972-ci ildə Moskvada kommunist partiyasının mərkəzi komitəsində işləməyə başladı.[4][6] 1975-ci ildə partiyanın birinci katibi vəzifəsinə keçdi.[4] Daha sonra 1984-cü ildə Rusiyanın cənubundakı Rostovda partiyanın birinci katibi oldu.[7] 1986-cı ilin yanvarında Vitali Fedorçukun yerinə daxili işlər naziri təyin edildi.[8][9][10] 1988-ci il sentyabrın sonlarında səsvermə nəticəsində Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosuna üzv seçildi.[11][12] O 10 oktyabr 1988-ci ilə qədər daxili işlər naziri kimi vəzifədə qaldı.[13] 1988-ci ildən sonra Vadim Bakatin daxili işlər naziri vəzifəsinə keçdi.[14] Vlasov 3 oktyabr 1988-ci ildə Ali Sovet tərəfindən Rusiya Respublikasının baş naziri seçildi.[15][16] Bu vəzifədə Vitali Vorotnikov idi.[7] Vlasov 1990-cı ilin mayında ali Sovet prezidentliyinə namizəd oldu.[17] Lakin rəqibi Boris Yeltsin minimum səsdən cəmi 4 səs çox toplayaraq onu qabaqladı.[18][19][20]

Son illəri

redaktə

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna qədər Aleksandr Vlasov Sovet İttifaqı Kommunist Partiyası MK-nın Sosial-İqtisadi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1991-ci ilin avqustundan təqaüdə çıxmışdır. 1994-cü ildən "İrkutsk İcması "Baykal"" regional ictimai təşkilatına rəhbərlik etmişdir. Vlasov 9 iyun 2002-ci ildə Moskvada vəfat etmiş, Troyekurov qəbiristanlığında basdırılmışdır.[4]

İstinadlar

redaktə
  1. ↑ Richard Sakwa. Russian politics and society. Routledge. 2008. 16. ISBN 978-0-415-41528-6. 7 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  2. ↑ John B. Dunlop. The Rise of Russia and the Fall of the Soviet Empire. Princeton, NJ: Princeton University Press. 1993. səh. 17. 23 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2013.Questia  vasitəsilə   (abunə tələb olunur)
  3. ↑ "Index V". Rulers. 3 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  4. ↑ 1 2 3 4 5 6 Martin McCauley. Who's who in Russia since 1900. Routledge Chapman & Hall. 1997. səh. 219. ISBN 978-0-415-13897-0. 13 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  5. ↑ 1 2 3 4 Goldstein, Steve. "Gorbachev Reshapes Leadership In Largest of 15 Soviet Republics". Philly. Moscow. 4 October 1988. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  6. ↑ Eaton, William J. "Soviet Interior Minister Shifted to Other Duties". Los Angeles Times. 26 January 1986. 19 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2013.
  7. ↑ 1 2 "Gorbachev Gains More Power". Chicago Tribune. 4 October 1988. 25 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  8. ↑ Starov, Vadim. "MDV. The Ministry of Internal Affairs". Systema Spetnaz. 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  9. ↑ Schodolski, Vincent J. "Soviets May Be Reshaping KGB". Chicago Tribune. 3 October 1988. 14 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  10. ↑ David A Dyker. The Soviet Union Under Gorbachev: The Real Prospects for Reform. Croom Helm, Limited. 1987. səh. 27. ISBN 978-0-7099-4519-2. 15 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2013.
  11. ↑ Parks, Michael. "Gromyko Assailed in Pravda Interview". Los Angeles Times. 4 October 1988. 15 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  12. ↑ "Politburo Membership". Philly. 24 September 1989. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013.
  13. ↑ "New Russian premier relieved of duties as interior minister". Associated Press. 10 October 1988. 10 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  14. ↑ Galeotti, Mark. "Perestroika, Perestrelka, Pereborka: Policing Russia in a Time of Change". Europe-Asia Studies. 45 (5). 1993: 769–786. doi:10.1080/09668139308412123. JSTOR 153055.
  15. ↑ "Gorbachev ally new Russian premier". Deseret News. 3 October 1988. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  16. ↑ Porubcansky, Mark J. "Vorotnikov moved upstairs, Vlasov becomes premier of Russian Republic". Associated News. Moscow. 3 October 1988. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013.
  17. ↑ Donald Murray. Democracy of Despots. MQUP. 28 August 1995. 99. ISBN 978-0-7735-6568-5. 14 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  18. ↑ Conor O'Clery. Moscow, December 25, 1991: the last day of the Soviet Union. Public Affairs. 2011. səh. 11. ISBN 978-1-61039-012-5. 7 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  19. ↑ Dahlburg, John Thor. "Yeltsin Is Elected Russia President". Los Angeles Times. 30 May 1990. 7 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2013.
  20. ↑ Garcelon, Marc. Revolutionary Passage: From Soviet to Post-Soviet Russia, 1985-2000. Philadelphia: Temple University Press. 2005. səh. 99. 7 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2013.Questia  vasitəsilə   (abunə tələb olunur)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_Vlasov&oldid=7582386"
LOVE.AZ