. Love.az

Alen Serri - Wikipedia - Love.az

Ana Səhifə - Alen Serri

Alen Şerri (alb. Alen Sherri,15 dekabr 1997[1], Şkoder) — Albaniyalı peşəkar futbolçu. Hal hazırda İtaliyanın A Seriyasında yarışan Kalyari klubunda və Albaniya millisi futbol komandasında qapıçı kimi çıxış edir.

Alen Sherri
Alen Sherri
Ümumi məlumatlar
Tam adı Alen Sherri
Doğum tarixi 15 dekabr 1997 (27 yaş)
Doğum yeri Şkoder, Albaniya
Vətəndaşlığı Albaniya Albaniya
Boyu 1.97 m
Çəkisi 83 kq
Mövqeyi Qapıçı
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub İtaliya Kalyari
Nömrəsi 71
Karyerası
Gənclik karyerası
2012–2015 Vllaznia
Klub karyerası[* 1]
2013–2020 Vllaznia 84 (0)
2016–2017 Vllaznia B 8 (0)
2016 → Savona (icarə) 0 (0)
2020–2022 Laçi 38 (0)
2022–2024 Eqnatiya 71 (0)
2024– Kalyari 6 (0)
Milli yığma[* 2]
2015–2016 Albaniya Albaniya U21 1 (0)
2021– Albaniya Albaniya 1 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 25 noyabr 2024 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 avqust 2023 tarixində redaktə olunub.

Mündəricat

  • 1 Karyera
    • 1.1 Klub
    • 1.2 Milli komanda
  • 2 Uğurları
  • 3 İstinadlar

Karyera

redaktə

Klub

redaktə

Alen Şerri futbol karyerasına 2012-ci ildə, 14 yaşı olarkən, "Vllaznia" klubunun akademiyasında başlamışdır.[2][3] Qeyd edək ki, "Vllaznia" gənclər komandalarında oynadığı müddətdə, klubun U17 komandası ilə, yaşıdları arasında arasında keçirilən çempionatın 2013–14 mövsümunun qalibi olub.[4] 12 aprel 2015-ci ildə 17 yaşında "Vllaznia"nın əsas komandasında debüt etmişdir. 7 il "Vllaznia"nın formasını geyinmiş və bu müddətdə Albaniya Superliqasında 84 oyunda meydana çıxmışdır.

2016-cı ilin avqustunda Monteneqro millisinin qapıçısı Jasmin Aqoviçin "Vllaznia" klubuna gəlişindən sonra "Vllaznia" komandasının məşqçisi Armando Cungu Şerrini İtaliya D seriyasından aşağı liqadan düşmüş "Savona F. B. C" klubuna icarəyə göndərir.[5]

2020-ci ilin yayında Şerri Laçi klubuna keçir.[6] "Laçi"də oynadığı iki mövsüm ərzində 53 oyunda iştirak etmişdir.

2022-ci ildə Eqnatiya klubuna transfer olur. Şerri, "Eqnatiya"nın heyətində, Albaniya Superliqasında 71 oyunda meydana çıxır. Klub ilə 2022/23 və 2023/24 mövsümlərində Albaniya Kubokunu qazanmışdır. 2023/24 mövsümündə isə həm Albaniya çempionluğunu, həm də kuboku qazanaraq mövsümü "dubl"la tamamlayır.

2024-cü ilin iyul ayında Şerri İtaliyanın Kalyari klubuna transfer olmuşdur. Futbolçu klubla 30 iyun 2027-ci il tarixinə qədər müqavilə imzalamışdır.[7]

Milli komanda

redaktə

Sherri 2015-ci ildə Albaniya U21 milli komandasına dəvət almış və bir neçə yoldaşlıq oyununda iştirak etmişdir. 9 noyabr 2022-ci ildə isə Albaniya milli komandasında debüt etmişdir.

Uğurları

redaktə

Eqnatiya:

  • Albaniya Superliqası: 2023–24
  • Albaniya Kuboku: 2022–23, 2023–24

İstinadlar

redaktə
  1. ↑ Alen Sherri // Transfermarkt (çd.). 2000.
  2. ↑ "Alen Sherri profile" (Albanian). FSHF.org. 30 sentyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2025.
  3. ↑ "Alen Sherri profile" (Albanian). Vllaznia.al. 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2025.
  4. ↑ Paulin Ndoja dhe "persekutimi" i futbollistëve të rinj në Shqipëri Panorama Sport
  5. ↑ Alen Sherri tradhtoi Vllazninë, përfundon në Lega Pro Arxivləşdirilib 2016-10-10 at the Wayback Machine Newsport.al
  6. ↑ EKSKLUZIVE/ "E vërteta me Vllazninë dhe Laçin", reagon portieri Alen Sherri: Sot firmos për… Panorama Sport
  7. ↑ "Official: Albanian goalkeeper Alen Sherri signed with Cagliari" (ingilis). İstifadə tarixi: 9 may 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alen_Şerri&oldid=8128552"
LOVE.AZ