. Love.az

Eqnatiya Fk - Wikipedia - Love.az

Ana Səhifə - Eqnatiya Fk

Eqnatiya FK (alb. Klubi i Futbollit Egnatia Rrogozhinë) — Albaniyanın Rroqojine şəhərini təmis edən peşəkar futbol klubu. Adətən "KF Egnatia" adlandırılan klub, Albaniya Superliqasında mübarizə aparır. Klub ev oyunlarını 4000 tamaşaçı tutumuna malik Eqnatia Arena stadionunda keçirir.

Eqnatiya
Klubi i Futbollit Egnatia Rrogozhinë
Ölkə AlbaniyaAlbaniya
Yaranma tarixi 15 sentyabr 1934 (90 il əvvəl) (1934-09-15)
Stadionu Eqnatiya Arena
Prezidenti Agim Demrozi
Baş məşqçisi Edlir Tetova
Liqa Albaniya Superliqası
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub 15 sentyabr 1934-cü ildə "22 Shtatori Rrogozhinë" adı ilə yaradılıb. Klubun adı, 1991-ci ildə "Vullneti Rroqozhinë", olaraq dəyişdirilib. 1998-ci ildə isə, indiki adı olan, "KF Egnatia" adını alıb.

Klub ilk çempionluq titulunu 2024-cü ildə əldə edib.

Mündəricat

  • 1 Tarix
  • 2 Heyəti
  • 3 Uğurları
  • 4 İstinadlar

Tarix

redaktə

Albaniyada futbol XX əsrin əvvəllərində məşhurlaşmağa başlamışdır. Albaniya səviyyəsində futbolda uzun ənənələrə malik olan Kavaye şəhərində futbolun populyarlığının təsiri altında, Kavaye şəhəri ilə qonşu olan Rroqovina şəhərində də həvəskar səviyyəli komanda formalaşdırılır. Bu klub 15 sentyabr 1934-cü ildə yaradılan, "22 Ştatori Rroqovina" (alb. 22 Shtatori Rrogozhinë) klubu olur. Klubun adının mənası Alban dilindən tərcümədə "22 Sentyabr Rroqovina" mənasını verir.

Klub tarixində ilk matç 1934-cü ildə Kavaje şəhərini təmsil edən "Besa" klubu ilə baş tutan və klubun 1–7 hesablı məğlub olduğu yoldaşlıq oyunu olur. İtaliyanın Bari şəhərində aqronomluq fakültəsinin tələbəsi olan və tətil üçün evə qayıdan Mustafa Cara (o vaxt İtaliyanın B Seriyasında çıxış edən "Fidelis Andria"nın futbolçusu idi) "Besa"nın heyətində 5 qol vurur.

İkinci Dünya müharibəsindən sonra Albaniyada liqa strukturu dəyişir və yeni struktura görə, ölkənin ilk iki yüksək divizionunda ancaq böyük yaşayış məntəqələri komandalarının yarışmasına icazə verilirdi. Bu, ovaxtkı kiçik bölgə olan Rroqovinanı təmsil edən milli səviyyədə yarışmasını çətinləşdirdi.

Eqnatiya 2004-cü ilin yayında Albaniyanın əsas liqasına vəsiqə qazanır.[1] Ölkənin əsas liqasında ilk dəfə çıxış edən komanda, elə ilk mövsümdə də aşağı liqaya düşür.[2]

"Eqnatiya" 2021-ci il mayın 2-də, "Kateqoriya e Pare" liqasının 2020/2021 mövsümü üçün olan yüksəliş raundunda, "Besa Kavaye" klubu üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində ikinci dəfə Albaniya futbolunun ən yüksək liqası olan Albaniya Superliqasına yüksəlir.[3]

Heyəti

redaktə
Sonuncu dəfə 20 yanvar 2025 tarixində yeniləndi
Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Klajdi Kuka
2   DF Amer Duka
3   DF Francois Dulysse
4   DF Zamiq Əliyev
6   MF Albano Aleksi
7   MF Fernando Medeiros
8   FW Daniel Votlai
9   FW Soumaila Bakayoko
10   MF Regi Lushkja
11   MF Léo Melo
12   GK Taulant Troshku
13   DF Renato Malota
16   DF Edison Ndreca
Nömrə Ölkə Mövqeyi Futbolçu
17   MF Arbin Zejnullai
18   FW Mohammed Yahaya
19   DF Arbenit Xhemajli
22   MF Yazan Madani
27   MF Cekson Kenio
29   DF Eljon Sota
36   MF Serco Uyka
44   DF Abdurraman Fangay
70   MF Regi Luşkja
82   FW Redi Kasa
98   GK Mario Daysinani
99   FW Saliou Guindo

Uğurları

redaktə
  • Albaniya Superliqası
    • Çempion(1): 2023–24
  • Birinci Kateqoriya
    • Çempion (2): 2002–03, 2020–21
  • İkinci Kateqoriya
    • Çempion (1): 2016–17
  • Albaniya Kuboku
    • Qalib (2): 2022–23, 2023–24
  • Albaniya Superkubokunun qalibi (1) 2024

İstinadlar

redaktə
  1. ↑ Albania 2003/04 Arxiv surəti 25 mart 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2023-03-25 at the Wayback Machine — RSSSF
  2. ↑ Albania 2004/05 Arxiv surəti 6 mart 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2023-03-06 at the Wayback Machine — RSSSF
  3. ↑ "EGNATIA RROGOZHINË VS. BESA KAVAJË 1 - 0". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eqnatiya_FK&oldid=8090158"
LOVE.AZ