Alex G (əsl adı: Aleksandr Cannaskoli; 3 fevral 1993[1]) — ABŞ-dən olan musiqiçi, prodüser, mahnı yazarı. O, musiqi karyerasına yaşadığı şəhərdəki qruplarda ifa etməklə başlamış, sonradan solo sənətçi kimi öz karyerasını davam etdirmək qərarına gəlmişdir.
Alex G | |
---|---|
ing. Alex G | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1993(1993-02-03)[1] (32 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janr | indi-rok |
Albom şirkəti | Domino Recording Company |
sandyalexg.com | |
![]() |
Aleks 18 yaşından etibarən mahnılar yazıb-buraxmaqdadır. O, 2010-cu ildə Sandy (Alex G) təxəllüsü ilə özünün debüt studiya albomu olan "Race"-ni çıxarıb.[2] Aleks "Trick" də daxil olmaqla ilk albom relizlərinin çoxunu müstəqil şəkildə, Bandcamp vasitəsilə yayımlayıb. Aleks 2014-cü ildə Orchid Tapes leyblının iştirakı ilə buraxdığı beşinci studiya albomu "DSU" sayəsində geniş dinləyici auditoriyası qazanıb.
Aleks 2015-ci ildə Britaniya mərkəzli leybl olan Domino ilə müqaviləyə imza atmışdır. Onun altıncı studiya albomu "Beach Music" bu şirkət vasitəsilə yayımlanıb. Aleksin 2017-ci ildə çıxardığı "Rocket" adlanan yeddinci studiya albomu ictimaiyyət tərəfindən müsbət rəylərlə qarşılanıb. "House of Sugar" adlanan sayca səkkizinci studiya albomunu 2019-cu ildə buraxıb.
Aleks, amerikalı rejissor Ceyn Şönbrunun "We're All Going to the World's Fair" və "Televizorun parıldadığını gördüm" filmləri üçün musiqi bəstələmişdir. Aleks 2019-cu ilin sentyabrında "God Save the Animals" adlı sayca doqquzuncu studiya albomunu çıxarıb. 2024-cü ilin əvvəllərində RCA ilə müqavilə bağlayıb.
Aleksandr Cannaskoli 3 fevral 1993-cü ildə Pensilvaniya ştatının Havertaun şəhərində anadan olub.[3] Ata tərəfdən qohumları İtaliyanın Abruttso bölgəsindəndir.[4] Aleks 11 yaşında ikən qardaşından gitara hədiyyə almışdır. O, bu gitarada çalmağı öyrənmiş, daha sonra isə öz musiqisini yazmağa başlaməşdır.[5][6]