. Love.az

Alfredo Oriani - Wikipedia - Love.az

Ana Səhifə - Alfredo Oriani

Alfredo Oriani (it. Alfredo Oriani), (d. 22 avqust 1852, Faentsa -v. 18 oktyabr 1909, Kasola Velsenio)- İtaliya yazıçısı[3]

Alfredo Oriani
Alfredo Oriani
Təxəllüsü Ottone di Banzole[1][2]
Doğum tarixi 12 avqust 1852
Doğum yeri İtaliya İtaliya, Faentsa
Vəfat tarixi 18 oktyabr 1909 (57 yaşında)
Vəfat yeri İtaliya İtaliya, Kasola Velsenio
Vətəndaşlığı İtalyan
İxtisası Yazıçılıq
Fəaliyyəti yazıçı, tarixçi, şair
Əsərlərinin dili İtalya
İlk əsəri Hüddudan kənarda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıçılığı
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Həyatı

redaktə

Alfredo Oriani Ravenna əyalərinin Faentsa şəhərində, xırda imtiyazlı zadəgan ailəsində anadan olmuşdur. Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. olunmuşdur. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.[3]

Alfredo Oriani XIX əsr İtaliya tarixinin yanınmış siyasi xadimlərinsdə biri idi. O, “İtalyada siyasi mübarizə” adlı üçcildlik tarixi əsrin müəllifidir. Dərin biliklərə malik olan, bir neçə xarici dili mükəmməl bilən yazıçı gənclik illərinə xas olan fərqli siyasi- mənəvi görüşlərinə baxmayaraq, yaradıçılığının yetkin çağlarında coşqun vətənpərvər, İtaliyanın birləşməsi uğrunda yorulmaz mübariz, C.Qaribaldi və C.Mazdini kimi xalq qəhrəmanlarının qızğın tərəfdarı kimi göstərmişdir. Onun məhz bu mövzuda qələmə aldığı və C.Qaribaldinin həyatından bəhs edən, “Don Covanni Verita” novellasının da daxil olduöu “Doqaliyə qədər” toplusu İtalyanın milli- azadlıq hərəkatından bəhs edən ən uğurlu əsərlərdən biri sayılır. Alfredo Oriani 18 oktyabr 1909- cu ildə Kasola Velseniodə vəfat edir.[3]

Yaradıçılığı

redaktə

Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.[3]

  • “Hüddudan kənarda” (1877);
  • “Yox” (1881);
  • “Yabanı ot” (1879);
  • “Kvartet” (1883);
  • “Düşmən”;
  • “Qısqannclıq” (1894);
  • “Məğlubiyyət” (1896);
  • “Burulğan” (1899);
  • “İdeal çevriliş” (1908);
  • “İtalyada siyasi mübarizə”;
  • “Don Covanni Verita”;
  • “Doqaliyə qədər”.[3]

Həmçinin bax

redaktə
  • Lonardo Şaşa
  • Luici Kapuana
  • Covanni Verqa
  • Anton Delviq

Xarici keçidlər

redaktə
  • Alfredo Oriani
  • Oriani, Alfredo
  • Author:Alfredo Oriani
  • Alfredo Oriani

İstinadlar

redaktə
  1. ↑ Ragni E. ORIANI, Alfredo // Dizionario Biografico degli Italiani (it.). 2013. Vol. 79.
  2. ↑ Frattarolo R. Ottone di Banzole (Alfredo Oriani) // Dizionario degli scrittori italiani contemporanei pseudonimi: 1900-1975 (it.): con un repertorio delle bibliografie nazionali di opere anonime e pseudonime. Ravenna: Angelo Longo Editore, 1975. P. 202.
  3. ↑ 1 2 3 4 5 İtalyan ədəbiyyatı antologiyası, C.Cümşüdov, səh. 50
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alfredo_Oriani&oldid=7425021"
LOVE.AZ