. Love.az

Alfredo Qomes Urkuyo - Wikipedia - Love.az

Ana Səhifə - Alfredo Qomes Urkuyo

Alfredo Qomes Urkuyo (isp. Alfredo Gómez Urcuyo; d. 9 avqust 1942, Rivas, Nikaraqua) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005-2007).

Alfredo Qomes Urkuyo
isp. Alfredo Gómez Urcuyo
Nikaraqua Respublikasının vitse-prezidenti
10 oktyabr 2005 – yanvar 2007
ƏvvəlkiXose Rizo Kastellon
SonrakıXaime Morales Karazo
Şəxsi məlumatlar
Doğum tarixi 9 avqust 1942 (82 yaş)
Doğum yeri Nikaraqua, Rivas
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Siyasi fəaliyyəti
  • 4 Ailəsi
  • 5 Mükafatları
  • 6 İstinadlar

Həyatı

redaktə

9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur.[1]

Təhsili

redaktə

İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır.[1] Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir.[1]

1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir.[1]

Siyasi fəaliyyəti

redaktə

2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir.[1] 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.

Ailəsi

redaktə

Evlidir, altı övlad atasıdır.[1]

Mükafatları

redaktə
  • 2002-ci ildə "Korrupsiyaya Qarşı Mübarizə"də göstərdiyi xidmətlərə və vətənpərvərliyə görə Vətəndaş Cəmiyyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 Nikaraqua Respublikasının Vitse-prezidenti Alfredo Qomes Urkuyonun tərcümeyi-halı[ölü keçid]. mfa.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alfredo_Qomes_Urkuyo&oldid=7406827"
LOVE.AZ