Baqəvərkimilər (lat. Alismataceae) — Baqəvərçiçəklilər sırasına aid bitki fəsiləsi.[3] Fəsilə 19 cins və 113 növdən ibarətdir. Növlərin əksəriyyəti bataqlıqlarda və gölməçələrdə bitən su bitkiləridir.[4]
Baqəvərkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Baqəvərkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
APG III sisteminə əsasən, Bəqəvərkimilərə əvvəllər Limnocharitaceae adlı fəsiləyə daxil edilmiş üç cins daxildir. Ümumilikdə, Alismataceae fəsiləsinə 19 cins daxildir və bunlardan ikisinin nəsli kəsilib:[5]
Bir neçə növ, xüsusən də Sagittaria cinsinə aid bəzi növlər Cənub və Şərqi Asiyada həm insanlar üçün qida, həm də heyvan yemi məqsədilə yetişdirilən yeməli kökümsov gövdəyə malikdir. Bitkinin bu hissəsi Şimali Amerikanın yerli xalqları tərəfindən qida olaraq istehlak edilirdi. Fəsilənin bəzi nümayəndələri gölməçələrdə və akvariumlarda dekorativ bitki kimi yetişdirilir.[6]