. Love.az

Huzeyme Bint Nasir - Wikipedia - Love.az

Ana Səhifə - Huzeyme Bint Nasir

Hüzeymə bint Nasir (ərəb. حزيمة بنت ناصر‎; 1884, Məkkə, Hicaz vilayəti – 27 mart 1935, Bağdad) — Suriya və İraq kralı I Feysəlin xanımı, İraq kraliçası.[1][2][3]

Hüzeymə bint Nasir
I İraq kraliçası
23 avqust 1921 – 8 sentyabr 1933
SonrakıAliyə bint Əli
Suriya kraliçası
8 mart 1920 – 24 iyul 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
  • Məkkə, Hicaz vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 27 mart 1935(1935-03-27)
Vəfat yeri
  • Bağdad, İraq krallığı
Həyat yoldaşı
  • Feysəl ibn Hüseyn əl-Haşimi (1904–)
Uşaqları
  • Qazi ibn Əli əl-Haşimi
Ailəsi Haşimilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1884-cü ildə əkiz bacısı Müsbəh ilə Məkkədə dünyaya gəldi. Atası Hicaz kralı Şərif Hüseynin qardaşı Əmir Nasir Paşa, anası isə Dilbər xanımdır. 1904-cü ildə İstanbuldakı İstinyə sarayında əmisi oğlu Seyid Feysəllə evləndirildi. Eyni mərasimlə əkiz bacısı Müsbəh də əmisinin digər oğlu Seyid Abdullahla evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

  • Əzizə bint Feysəl (1905-1960), əslən yunan olan Anastassios Haralambideslə 1936-cı ildə gizlicə evləndi. Dinini dəyişərək pravoslav dininə keçdi. Əriylə birlikdə Rodos, Kipr və Londonda yaşadı. Cütlüyün övladı olmadı və 1943-cü ildə boşandılar. 2 il sonra ailəsiylə barışdı və Qüdsdə yaşadı. Xərçəng müalicəsi davam edərkən Londonda vəfat etdi.
  • Racihə bint Feysəl (1907-1959), 1937-ci ildə Bağdadda leytenant Əbdülcabbar Mahmud Altayla evləndi. 14 iyul çevrilişi əsnasında İsveçrədə xərçəng müalicəsi alırdı. Bu səbəblə qətliamdan xilas oldu. Ancaq bir il sonra xərçəng səbəbilə İsveçrədə vəfat etdi.
  • Rəfiyə bint Feysəl (1910-1934)
  • I Qazi

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ "IRAQ - Resurgence In The Shiite World - Part 8 - Jordan & The Hashemi…". archive.ph. 2012-07-09. Archived from the original on 2012-07-09. İstifadə tarixi: 2025-01-07.
  2. ↑ Bell, Gertrude. A Woman in Arabia: The Writings of the Queen of the Desert (ingilis). Penguin. 2015-08-11. ISBN 978-1-101-63695-4.
  3. ↑ "The Hashemite Royal Family". web.archive.org. 2019-04-06. Archived from the original on 2019-04-06. İstifadə tarixi: 2025-01-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüzeymə_bint_Nasir&oldid=7986944"
LOVE.AZ