. Love.az

Alla Dudayeva - Wikipedia - Love.az

Ana Səhifə - Alla Dudayeva

Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı.

Alla Dudayeva
Doğum tarixi 10 avqust 1947(1947-08-10) (77 yaş) və ya 24 mart 1947(1947-03-24) (78 yaş)
Həyat yoldaşı
  • Cövhər Dudayev
Fəaliyyəti memar, rəssam, yazıçı, televiziya aparıcısı

Həyatı

redaktə

Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir.[1] Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır.[2] O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir.[3]

2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır.[4]

Əsərləri

redaktə

Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir:

  • Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр. 2003 ISBN 9756446080 (türk.)
  • Le loup tchétchène: ma vie avec Djokhar Doudaïev (Çeçen canavar: Cövhər Dudayevlər həyatım) "Maren Sell" 398 səh. 2005 ISBN 2-35004-013-5 (fr.)

İstinadlar

redaktə
  1. ↑ Alla Dudaeva Describes being Interrogated by Litvinenko. North Caucasus Weekly Volume: 7 Issue: 48. 14 December 2006.
  2. ↑ Georgian-Vainakh Days in Tbilisi Arxiv surəti 21 iyul 2011 tarixindən Wayback Machine saytında. Arxivləşdirilib 21 iyul 2011 at the Wayback Machine
  3. ↑ Georgia’s Caucasus TV Channel Launched Online Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. Civil Georgia. 3 January 2010.
  4. ↑ "Пост главы Чечни нужно отменить". 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alla_Dudayeva&oldid=8088452"
LOVE.AZ