. Love.az

Allium Akaka - Wikipedia - Love.az

Ana Səhifə - Allium Akaka

Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür.

Akaka soğanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Akaka soğanı
Beynəlxalq elmi adı
  • Allium akaka Schult. & Schult.f., 1830
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  543646
EOL  1084219

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir. Çiçəkyanlığı 6–8 mm uzunluğunda, çəhrayımtıl və ya çəhrayı, yarpaqcıqları xətvari, iti, orta hissədən tünd qırmızı damarlıdır. Erkəkcik sapı bütöv, neştərşəkilli, xətvaridir. Sütuncuq çiçəkyanlığından kənara çıxmır. Qutucuq 2 dəfə çiçəkyanlığından qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may ayına təsadüf edir. Soğanaqla çoxalır. Kseromezofitdir. Geofit, bəzək və qida bitkisidir.

Yayılması

redaktə

Diabar, Naxçıvanın dağlıq hissəsi (Qaraquş dağı, Dərəşam, Kotam dağı), İraqın şimal bölgələri, İranın şimal-qərb bölgələri və Türkiyənin şərq bölgələrində yayılmışdır. Orta və aşağı dağ qurşağında quru, gilli, çınqıllı yamaclarda rast gəlinir.

Sayı və tendensiyası

redaktə

Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Məhdud sahələrdə yayılması, soğanaqların əhali tərəfindən qida kimi istifadə olunması və gəmiricilər tərəfindən məhv edilməsi.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Akaka_soğanı&oldid=7175978"
LOVE.AZ