. Love.az

Allium Lenkoranicum - Wikipedia - Love.az

Ana Səhifə - Allium Lenkoranicum

Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v).

Lənkəran soğanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Lənkəran soğanı
Beynəlxalq elmi adı
  • Allium lenkoranicum Grossh., 1928[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  2490629
EOL  1084656

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır. Qutucuq çiçəkyanlığından bir az qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyul-avqust aylarına təsadüf edir. Soğanaqla çoxalır. Kseromezofitdir.

Yayılması

redaktə

Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta dağ qurşağından subalpa qədər yaşlı yamaclarda rast gəlinir.

Sayı və tendensiyası

redaktə

Populyasiyalarının təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən qorunması vacibdir.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar

redaktə
  1. ↑ Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi (çd.). 2001.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lənkəran_soğanı&oldid=7175980"
LOVE.AZ