. Love.az

Allium Paradoxum - Wikipedia - Love.az

Ana Səhifə - Allium Paradoxum

Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir.

Qəribə soğan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Qəribə soğan
Beynəlxalq elmi adı
  • Allium paradoxum G.Don
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  166818
EOL  1084799

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır. Qutab və turşusu hazırlanır. Qutabı dadı-tamına görə digər qutablardan fərqlənir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Yarpaqları qida kimi istifadə olunur.

Yayılması

redaktə

Böyük Qafqazda (Quba), Böyük Qafqazın şərq, Kiçik Qafazın şimal, mərkəzi və cənub hissələrində, Lənkəran dağlarında yayılmışdır. Aşağı dağ qurşağından, orta dağ qurşağına kimi, meşələrdə, kolluqlarda və meşənin kənarlarında rast gəlinir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəribə_soğan&oldid=7523627"
LOVE.AZ