. Love.az

Allium Tripedale - Wikipedia - Love.az

Ana Səhifə - Allium Tripedale

Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür.

Üçfutluq soğan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Üçfutluq soğan
Beynəlxalq elmi adı
  • Allium tripedale
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1314315
EOL  1085064

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun ayıdır. Soğanaqla, toxumla çoxalır. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta, yuxarı və yüksək dağ qurşaqlarında rütubətli yerlərdə, çınqıllı, daşlı və otlu yamaclarda rast gəlinir. Dekorativ bitkidir.

Yayılması

redaktə

Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ, Pəzməri kəndi yaxınlığında, Culfa rayonu, Dəmirlidağ (Nehrəm yurdu) yayılmışdır.

Sayı və tendensiyası

redaktə

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər

redaktə

Populyasiyanın zəif təkrarlanması, növ sayının az olması, antropogen təsirlər (əhali tərəfindən yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər işlənilməlidir. Yeni yayılma yerləri axtarılmalıdır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üçfutluq_soğan&oldid=7569069"
LOVE.AZ