. Love.az

Allium Woronowii - Wikipedia - Love.az

Ana Səhifə - Allium Woronowii

Voronov soğanı (lat. Allium woronowii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (EN B2ab (i, ii, iii)). Azərbaycanın nadir növüdür.

Voronov soğanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Voronov soğanı
Beynəlxalq elmi adı
  • Allium woronowii Grossh., 1928
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  1085120

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 1-2 sm diametrində, boz qınlıdır. Gövdə 4 (7) – 13 sm hündürlükdə, 6-13 mm enində, novşəkilli, göyümtül yarpaqlıdır. Çətir şarvaridir. Çiçəkyanlığı 5-6 (7) mm uzunluğunda, çəhrayıdır. Erkəkcik bütöv, xarici neştərşəkilli, daxili enli, tozluqları tünd-bənövşəyi; sütuncuq çiçəkyanlığından kənar çıxmır. Qutucuq şarvari, 1/3 dəfə çiçəkyanlığından qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. İşıqsevəndir. Kseromezofitdir. Geofit bəzək və qida bitkisidir.

Yayılması

redaktə

Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonunun Biçənək kəndi, Şərur rayonunun Qaraquş dağı) yayılmışdır. Orta dağ qurşağından subalp qurşağına qədər quru, çınqıllı və qayalı yamaclarda bitir.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın təbii bərpası azalır, iqlimin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Məhdud sahələrdə yayılması, dekorativ əhəmiyyətli olması və soğanaqlarının əhali tərəfindən qida kimi istifadə olunması.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, yayıldığı sahələr xüsusi nəzarətə alınmalı, yeni yayılma yerləri tapılmalıdır. Antropogen təsirdən (dekorativ və qida kimi istifadə üçün) qorunması vacibdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Voronov_soğanı&oldid=7175974"
LOVE.AZ