. Love.az

Alnabat - Wikipedia - Love.az

Ana Səhifə - Alnabat

Alnabat (əvvəlki adı: Əliismayıllı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Alnabat kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılmış və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Alnabat
40°33′15″ şm. e. 45°40′00″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.478 m
Saat qurşağı
  • UTC+04:00
  • UTC+03:00
Xəritəni göstər/gizlə
Alnabat xəritədə
Alnabat
Alnabat

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
    • 3.1 Tanınmış şəxsləri
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin əvvəllər də adı Alnabat olmuşdur. 1930-cu ilin qışında həmin kənddə öldürülmüş Əli İsmayılovun (bolşevik Qasım İsmayılovun qardaşı) adı ilə adlandırılmış, memorialtoponim idi.[3] 25 oktyabr 2011-ci ildə kəndin əvvəlki adı bərpa olunmuşdur.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

redaktə

Kənd əhalisinin bir hissəsi 1948-1950-ci illərdə Göyçə mahalından deportasiya olunanlardandır.[4] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1445 nəfər əhali yaşayır.[5]

Tanınmış şəxsləri

redaktə
  • Zahid Oruc — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
  • Yaqub Məmmədov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili.
  • İlyas Tapdıq - Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972).

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  3. ↑ Alnabat // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Anar Tağıyev. ""Hərdən onsuz darıxıram..." – Zahid Orucla qeyri-siyasi söhbət" (az.). publika.az. 7 aprel 2015. 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-08.
  5. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alnabat&oldid=7801766"
LOVE.AZ