. Love.az

Alnus Glutinosa Subsp Barbata - Wikipedia - Love.az

Ana Səhifə - Alnus Glutinosa Subsp Barbata

Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü.

Saqqallı qızılağac
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Fıstıqçiçəklilər
Fəsilə:
Tozağacıkimilər
Yarımfəsilə:
Betuloideae
Cins:
Qızılağac
Növ:
Adi qızılağac
Yarımnöv:
Saqqallı qızılağac
Beynəlxalq elmi adı
  • Alnus glutinosa subsp. barbata Yalt., 1967
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1671027

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 Təsərrüfat əhəmiyyəti
  • 5 Sinonimləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya bir az daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

Samur-Şabran oval., Alazan-Əyriçay, Kür düz., Lənk. oval.Əsasən ovalıqlarda və orta dağ qurşağına qədər.

Yaşayış mühiti

redaktə

Rütubətli yerlərdə, çay vadilərində və sahillərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

redaktə

Oduncağı yumşaq,çoxqatlı olduğuna görə xarrat işlərində, mıx hazırlanmasında və s. istifadə olunur. Qabığının tərkibində aşı maddəsi vardır və bundan başqa parçaları qara,qırmızı və sarı rəngə boyamaq üçün istifadə olunur. Qozalarılarından hazırlanmış məlhəm kolit və dizenteriyada müalicə məqsədilə istifadə olunur. Tozcuğununşəkərlə qarışığı arılar üçün yem hesab olunur.

Sinonimləri

redaktə
  • Alnus barbata C.A.Mey.
  • Alnus denticulata C.A.Mey.
    • Alnus glutinosa var. acutifolia Spach
    • Alnus glutinosa var. barbata (C.A.Mey.) Ledeb.
    • Alnus glutinosa var. denticulata (C.A.Mey.) Ledeb. [1]

İstinadlar

redaktə
  1. ↑ Saqqallı qızılağac:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Saqqallı_qızılağac&oldid=8009956"
LOVE.AZ