Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi.
Əzvay | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Əzvay |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər. Aloe toxum və qələm vasitəsi ilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur.
Əzvay toxum və qələm vasitəsilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur.
Azərbaycanda qədimlərdə əzvayın səbur adlı qəliz şirəsi dərman və ətriyyat kimi gеniş istifadə еdilirdi. Əzvayla maska qurumuş və bozarmış saçlar üçün məsləhət görülür. O, həmçinin saçların tökülməsinin qarşısını alır. Tətbiqi sadədir: ½ xorək qaşığı əzvay şirəsi, 2 çay qaşığı bal və ½ xorək qaşığı gənəgərçək yağını başı yumazdan 30 dəqiqə qabaq saçların köklərinə sürtürlər. Sonra başı yuyurlar və çobanyastığı çiçəyi və gicitkan otunun dəmi və ya həlimi ilə yaxalayırlar. Sonda başınızı təmiz su ilə yuyun. Bu prosеduranı hər 4-7 gündən bir təkrar еdin.
Bundan başqa xalq təbabətində əzvay şirəsini bal ilə qarışdırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər.
Amerikalı alimlərin apardığı (laboratoriya siçanları üzərində) araşdırmalar nəticəsındə böyük dozalarda əzvayın qəbulu konserogen təsırə malikdir və gələcəkdə xərçəng xəstəliyinə gətirib çıxara bilər.
Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əleyhinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir.[3]
Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur.
Əzvay şirəsi daxilə qəbul olunduqda iltihabi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəliklərini müalicə edir. Əgər siz burnunuza əzvay şirəsi damızdırsanız, xüsusən də ictimai yerlərdə olduqdan sonra, onda özünüzü qripdən və kəskin respirator xəstəliklərindən qoruyarsınız.
Əzvay şirəsi daxilə qəbul olunduqda həmçinin iltihab əleyhinə, ağrıkəsici təsirə malik olur.
Əzvayı digər dərman inqredientləri və bal ilə birgə istifadə etmək olar. Vərəmin, pnevmoniyanın, öskürəyin müalicəsi üçün yoxlanılmış bir neçə resepti aşağıda veririk.
Bu dərman infeksiyalı xəstəlikdən sonra zəifləmiş insanlara yaxşı kömək edir. Vərəm olduqda qarışığı uzun müddət, fasiləsiz istifadə etmək olar.
Mədə-bağırsaq traktının xəstəlikləri, hətta xora kimi ciddi xəstəlik də əzvay şirəsinə malik preparatlarla müalicə oluna bilir.
Əzvay təkcə müalicə etmir, həm də gözəlləşdirir: Qədim Misirdə hesab olunurdu ki, barbados əzvayı qadına xüsusi gözəllik verir. Qədim əfsanəyə görə çariça Kleopatra gözəlliyini və cavanlığını məhz əzvaydan hazırlanmış dərmanlarla saxlamışdır. Qədim traktatlarda dəriyə və saçlara qulluq üçün əzvay istifadəsi haqqında məlumatlar var. Sizə də bu qədim reseptlərdən istifadə etməyi məsləhət görürük.
Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əleyhinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir.
Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur.