Amagi Brilliant Park (甘城ブリリアントパーク, Amagi Buririanto Pāku?, azərb. Amaqi Brilyant Parkı) — Yuka Nakacimanın rəssamlığı ilə Şoci Qato tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası Seyya Kanie adlı narsist oğlanın Mapl adlı fentezi ölkəsindən gələnlər tərəfindən təşkil olunmuş Amaqi Brilyant Parkını xilas etməyə çalışmasından bəhs edir. İlk cildi 20 fevral 2013-cü ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır. 18 iyun 2016-cı ilə kimi isə 8 cildi nəşr olunmuşdur. "Amagi Brilliant Park: Maple Summoner" adlı spin-off ranobesinin isə 2014-2015-ci illərdə 3 cildi çapdan çıxmışdır.
Amagi Brilliant Park | |
![]() Birinci cildin üzlüyü. Personajlar: Seyya Kanie (solda) və İsuzu Sento (sağda). | |
甘城ブリリアントパーク (Amagi Buririanto Pāku) azərb. Amaqi Brilyant Parkı | |
---|---|
Janr | fentezi, romantik komediya |
Manqa | |
Manqaka | Şoci Qato |
Rəssam | Yuka Nakacima |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 20 fevral 2013 – hazırda |
Cildlər | 8 (cild siyahısı) |
Manqa | |
Amagi Brilliant Park: Maple Summoner | |
Manqaka | Keyşo Yanaqava |
Rəssam | Yuka Nakacima |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 18 oktyabr 2014 – 20 fevral 2015 |
Cildlər | 3 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şoci Qato |
Rəssam | Kimitake Yoşioka |
Nəşriyyat | Fujimi Shobo |
Jurnal | Monthly Dragon Age |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 8 fevral 2014 – 9 sentyabr 2016 |
Cildlər | 6 (cild siyahısı) |
Fəsil sayı | 32 |
Manqa | |
Amagi Brilliant Park? Fumo | |
Yazıçı | Şoci Qato |
Rəssam | Koci Azuma |
Nəşriyyat | Fujimi Shobo |
Jurnal | Monthly Dragon Age |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 9 may 2014 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
Rejissor | Yasuhiro Takemoto |
Prodüsser | Şinci Horikiri Şunsuke Matsumura Tomohito Naqase Yoşihisa Nakayama Yuiçi Yamada |
Ssenarist | Fumihiko Şimo |
Bəstəkar | Şinkiçi Mitsumune |
Studiya | Kyoto Animation |
Digər lisenziyalar | Madman Entertainment Sentai Filmworks Animatsu Entertainment |
Kanal | TBS, TBC, RKB, MBS, CBC, BS-TBS, TUT |
Buraxılış tarixi | 6 oktyabr 2014 – 25 dekabr 2014 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Rejissor | Yasuhiro Takemoto |
Ssenarist | Fumihiko Şimo |
Bəstəkar | Şinkiçi Mitsumune |
Studiya | Kyoto Animation |
Digər lisenziyalar | Sentai Filmworks |
Vaxt | 25 dəq. |
Manqa | |
Amagi Brilliant Park The Animation | |
Yazıçı | AmaBri Restoration Committee |
Rəssam | Ami Hakui |
Nəşriyyat | Kadokawa |
Jurnal | ComicWalker |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2014 – hazırda |
Cildlər | 3 (cild siyahısı) |
![]() |
Üç manqa adapastiyası istehsal olunmuşdur. Kimitake Yoşioka tərəfindən hazırlanan birinci manqa Fujimi Shobo tərəfindən 2014-cü ilin fevralında 2016-cı ilin sentyabrına kimi nəşr olunmuşdur. Koci Azuma tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin mayından Fujimi Shobo tərəfindən nəşr olunur. Ami Hakui tərəfindən hazırlanan üçüncü manqa 2014-cü ildən Kadokawa tərəfindən çap olunur. Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 6 oktyabr 2014-cü ildən 25 dekabr 2014-cü ilə kimi kimi yayımlanmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.
Seyya Kanie yaraşıqlı, bacarıqlı və ağıllı lisey tələbəsidir. Lakin narsist şəxsiyyətinə görə heç bir dostu yoxdur. Bir gün İsuzu Sento adlı müəmmalı qız onu görüşə dəvət edir və maliyyə problemləri üzündən bağlanmaq ərəfəsində olan Amaqi Brilyant Parkı adlı əyləncə parkına aparır. Məlum olur ki, bu əyləncə parkı əslində Mapl adlı sehrli krallıqdan gəlmiş sakinlər tərəfindən qurulub. Onlar əyləncə parkında insanları əyləndirərək sehr enerjisi toplayırlar. Əgər park bağlanarsa, o zaman Mapl sakinləri insanların diyarında yaşaya bilməzlər.
Parkı bağlanmaqdan xilas etmək istəyən Mapl şahzadəsi Latifa Flürantsa Seyyaya parkın yeni direktoru olmağı və bacarıqlarından istifadə edərək parkı xilas etməyi təklif edir. Seyya əvvəlcə tərəddüd etsə də, sonda təklifi qəbul etməli olur. Parkın bağlanmaması üçün qoyulan şərt sadəcə 3 ay ərzində 250.000 ziyarətçi çəkməkdir.
Ranobe seriyası Yuka Nakacimanın rəssamlığı ilə Şoci Qato tərəfindən yazılmışdır. Şoci Qato bu ranobe üzərində işlədiyini 2011-ci ilin dekabrında açıqlamışdı.[4] İlk cildi 20 fevral 2013-cü ildə Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır.[5] 18 iyun 2016-cı ilə kimi 8 cildi buraxılmışdır.[6]
Kimitake Yoşiokanın rəssamlığı ilə "Amagi Brilliant Park: Maple Summoner" (甘城ブリリアントパーク メープル サモナー?) adlı spin-off ranobe seriyası istehsal olunmuşdur. Fujimi Shobo nəşriyyatı tərəfindən 18 oktyabr 2014-cü ildən 20 fevral 2015-ci ilə kimi 3 cildi buraxılmışdır.[7][8]
Amagi Brilliant Park
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 20 fevral 2013[5] | ISBN 978-4-8291-3828-1 |
2 | 20 avqust 2013[9] | ISBN 978-4-8291-3921-9 |
3 | 18 yanvar 2014[10] | ISBN 978-4-04-070004-5 |
4 | 20 iyun 2014[11] | ISBN 978-4-04-070207-0 |
5 | 18 oktyabr 2014[12] | ISBN 978-4-04-070208-7 |
6 | 18 aprel 2015[13] | ISBN 978-4-04-070209-4 |
7 | 20 oktyabr 2015[14] | ISBN 978-4-04-070701-3 |
8 | 18 iyun 2016[6] | ISBN 978-4-04-070702-0 |
Amagi Brilliant Park: Maple Summoner
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 18 oktyabr 2014[7] | ISBN 978-4-04-070287-2 |
2 | 20 noyabr 2014[15] | ISBN 978-4-04-070288-9 |
3 | 20 fevral 2015[8] | ISBN 978-4-04-070289-6 |
Üç manqa adaptasiyası istehsal olunmuşdur. Kimitake Yoşiokanın rəssamlığı ilə istehsal olunmuş birinci manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalının 8 fevralda buraxılmış 2014-cü il mart buraxılışında nəşr olunmağa başlamışdır.[16] Manqanın ilk tankobon cildi 7 iyun 2014-cü ildə buraxılmışdır.[17] 8 oktyabr 2016-cı ilə kimi isə 6 cildi çapdan çıxmışdır.[18] "Amagi Brilliant Park? Fumo" (甘城ブリリアントパーク?ふも?) adlı yonkoma manqası "Monthly Dragon Age" jurnalının 9 mayda buraxılmış 2014-cü il iyun buraxılışında nəşr olunmağa başlamışdır.[19] Rəssamı Koci Azumadır. Yonkoma seriyasının 2 cildi buraxılmışdır.[20] Üçüncü manqa adaptasiyası isə Ami Hakuinin rəssamlığı ilə AmaBri Restoration Committee (甘ブリ再生委員会, Amaburi Saisei Iinkai?) tərəfindən yazılır və "Amagi Brilliant Park The Animation" (甘城ブリリアントパーク The Animation?) adlanır. Bu manqa 2014-cü ildə Kadokawa şirkətinin ComicWalker saytında onlayn şəkildə yayımlanmağa başlamışdır. Üç cildi buraxılmışdır.[21]
Amagi Brilliant Park
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 9 iyul 2014[17] | ISBN 978-4-04-070256-8 |
2 | 9 oktyabr 2014[22] | ISBN 978-4-04-070408-1 |
3 | 9 aprel 2015[23] | ISBN 978-4-04-070409-8 |
4 | 9 oktyabr 2015[24] | ISBN 978-4-04-070724-2 |
5 | 19 mart 2016[25] | ISBN 978-4-04-070725-9 |
6 | 8 oktyabr 2016[18] | ISBN 978-4-04-072053-1 |
Amagi Brilliant Park? Fumo
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 9 yanvar 2015[26] | ISBN 978-4-04-070458-6 |
2 | 9 oktyabr 2015[20] | ISBN 978-4-04-070727-3 |
Amagi Brilliant Park The Animation
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 29 dekabr 2014[27] | ISBN 978-4-04-070411-1 |
2 | 9 aprel 2015[28] | ISBN 978-4-04-070509-5 |
3 | 9 oktyabr 2015[21] | ISBN 978-4-04-070726-6 |
Anime serialı adaptasiyası 2014-cü ilin yanvarında anons edilmişdir.[29] Anime Yasuhiro Takemotonun rejissorluğu ilə Kyoto Animation studiyası tərəfindən çəkilmiş[30] və 6 oktyabr 2014-cü ildən 25 dekabr 2014-cü ilə kimi TBS, TBC, RKB, MBS, CBC, BS-TBS, TUT kanalları, eləcə də, Crunchyroll vasitəsilə yayımlanmışdır.[31] Açılış mahnısı Akino ilə bless4 tərəfindən ifa olunan "Extra Magic Hour" (エクストラ・マジック・アワー, Ekusutora Majikku Awā?) mahnısıdır[32] Bağlanış mahnısı isə Yuka Aysaka, Tomoyo Kurosava, Şiori Mikami və Minami Tsudadan ibarət Brilliant4 seyyu qrupu tərəfindən ifa olunan "Elementalio de Aimashō!" (エレメンタリオで会いましょう!, Erementario de Aimashō!?)[30] mahnısıdır. Bundan əlavə, 26 iyun 2015-ci ildə buraxılmış 7-ci BD/DVD cildinə OVA seriyası və bütün BD/DVD cildlərinə "Amagi Brilliant Park: Wakuwaku Mini Theater - Rakugaki Backstage" adlı qısa anime seriyaları daxil edilmişdir.[33]
Anime Şimali Amerikada Sentai Filmworks tərəfindən,[34] Böyük Britaniyada Animatsu Entertainment tərəfindən,[35] Avstraliya və Yeni Zelandiyada isə Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.[36]
№ | Başlıq | Yayım tarixi |
---|---|---|
1 | "Kifayət qədər ziyarətçi yoxdur!" "Okyaku ga Konai!" (お客が来ない!) | 6 oktyabr 2014 |
2 | "Kifayət qədər vaxt yoxdur!" "Jikan ga Nai!" (時間がない!) | 9 oktyabr 2014 |
3 | "Kifayət qədər dəstək yoxdur!" "Tekoire ga Kikanai!" (テコ入れが効かない!) | 16 oktyabr 2014 |
4 | "Kifayət qədər məhsuldarlıq yoxdur!" "Hisho ga Tsukaenai!" (秘書が使えない!) | 23 oktyabr 2014 |
5 | "Kifayət qədər pul yoxdur!" "Okane ga Tarinai!" (お金が足りない!) | 30 oktyabr 2014 |
6 | "Kifayət qədər insan yoxdur!" "Hitode ga Tarinai!" (人手が足りない!) | 6 noyabr 2014 |
7 | "Kifayət qədər hovuz təhlükəsizliyi yoxdur!" "Pūru ga Abunai!" (プールが危ない!) | 13 noyabr 2014 |
8 | "Kifayət qədər sevgi yoxdur!" "Koigokoro ga Todokanai!" (恋心が届かない!) | 20 noyabr 2014 |
9 | "Kifayət qədər komanda işi yoxdur!" "Chīmuwāku ga Umarenai!" (チームワークが生まれない!) | 27 noyabr 2014 |
10 | "Heç nə yaxşı olmayacaq!" "Mō Utsu Te ga Nai!" (もう打つ手がない!) | 4 dekabr 2014 |
11 | "Narahat olmağa ehtiyac yoxdur!" "Kore de Mō Shinpainai!" (これでもう心配ない!) | 11 dekabr 2014 |
12 | "Gələcəkdə nəyin baş verəcəyini heç kim bilmir!" "Mirai wa Darenimo Wakaranai!" (未来は誰にもわからない!) | 18 dekabr 2014 |
13 | "Yaxşı reklam videosu deyil!" "PV ga Tsumaranai!" (PVがつまらない!) | 25 dekabr 2014 |
OVA | "Bunu asanca götürmək üçün vaxt yoxdur!" "Nonbirishiteiru Hima ga Nai!" (のんびりしている暇がない!) | 26 iyun 2015 |