. Love.az

Amartya Sen - Wikipedia - Love.az

Ana Səhifə - Amartya Sen

Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933[1], Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı.

Amartya Sen
benq. অমর্ত্য সেন
Doğum tarixi 3 noyabr 1933(1933-11-03)[1] (91 yaş)
Doğum yeri
  • Santiniketan[d], Benqal prezidentliyi[d], Britaniya Hindistanı, Britaniya imperiyası
Həyat yoldaşları
  • Nabaneeta Dev Sen[d] (1958–1976)[2],
  • Eva Kolorni[d] (1978–1985)[2],
  • Emma Corcina Rotşild[d] (1991–)
Uşaqları
  • Antara Dev Sen[d],
  • Nandana Sen[d]
Elm sahəsi İnkişaf iqtisadiyyatı
Elmi dərəcəsi
  • professor
İş yerləri
  • Harvard Universiteti,
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi,
  • Cadavpur Universiteti[d],
  • Dehli Universiteti,
  • Kəlkətə Universiteti
Təhsili
  • Kəlkətə Universiteti,
  • Triniti Kolleci,
  • Visva-Barati Universiteti[d],
  • Kembric Universiteti[3]
Üzvlüyü
  • Dei Linçei Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d][4],
  • Ekonometrik Cəmiyyət (1968–)[5]
Mükafatları Great Cross of the National Order of Scientific Merit (Braziliya) Bharat Ratna (Hindistan) National Humanities Medal (Amerika Birləşmiş Ştatları) — 2011 İqtisadiyyat üzrə Nobel mükafatı (İsveç) — 1998
Sosial elmlər sahəsində Asturiya Şahzadəsi mükafatı (İspaniya) — 2021
scholar.harvard.edu/sen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]

1998 ilə 2004-cü illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.

2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.

2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.

Mündəricat

  • 1 Mükafatları
  • 2 Əsərləri
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Mükafatları

redaktə
  • 1998 — İqtisadiyyat üzrə Nobel mükafatı; rifah iqtisadiyyatı ilə bağlı tədqiqatlarına görə.
  • 1999 — Bharat Ratna; Hindistanın ən yüksək mülki mükafatı.
  • 1999 — Banqladeş fəxri vətəndaşlığı; Baş nazir Şeyk Hasina tərəfindən verilmişdir.
  • 2000 — Leontyev mükafatı.
  • 2000 — Eyzenhaver medalı; liderlik və xidməti müqavilində, ABŞ tərəfindən.
  • 2000 — Şərəf yoldaşı; Böyük Britaniya tərəfindən.
  • 2002 — Beynəlxalq köməksevər mükafatı; Beynəlxalq Humanist və Əxlaqi Birliyi tərəfindən.
  • 2003 — Ömür boyu uğur mükafatı; Hindistan Ticarət Palatası tərəfindən.

Əsərləri

redaktə
  • 1982 — Yoxsulluq və aclıq: imtiyazlar və məhrumiyyətlər haqqında esse.
  • 1982 — Seçim, rifah və ölçülmə.
  • 1986 — Ərzaq iqtisadiyyatı və ixtiyarlar.
  • 1987 — Etniklər və iqtisadiyyatlar.
  • 1992 — Bərabərsizliyin təkrar tədqiqatı.
  • 1999 — Azad inkişaf.
  • 1999 — Əmtəələr və imkanları.
  • 2004 — Rasionallıq və azadlıq.
  • 2005 — Mübahisəli Hindistan.
  • 2006 — Şəxsiyyət və zorakılıq: illüziyanın taleyi

Həmçinin bax

redaktə
  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər

redaktə
  • Amartya Sen haqqında Nobel mükafatı e-muzeyində məlumat
  • Amartya Sen haqqında faktlar
  • Amartya Senin şəkilləri
  • Amartya Sen haqqında sənədli film
  • Amartya Sen — simpoziumlar
  • Amartya Senin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

redaktə
  1. ↑ 1 2 Amartya K. Sen // Brockhauz Ensiklopediyası (alm.).
  2. ↑ 1 2 Kindred Britain.
  3. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  4. ↑ NNDB (ing.). 2002.
  5. ↑ https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  6. ↑ "Amartya Sen haqqında Nobel mükafatı e-muzeyində məlumat". 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Amartya_Sen&oldid=7833444"
LOVE.AZ