. Love.az

Amerika Zantoksilumu - Wikipedia - Love.az

Ana Səhifə - Amerika Zantoksilumu

Amerika zantoksilumu (lat. Zanthoxylum americanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin zantoksilum cinsinə aid bitki növü.

Amerika zantoksilumu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sədokimilər
Yarımfəsilə:
Zantoksilumkimilər
Cins:
Zantoksilum
Növ:
Amerika zantoksilumu
Beynəlxalq elmi adı
  • Zanthoxylum americanum Mill.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  505788
NCBI  354526
EOL  484217

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Şimali Amerikada Kvebekdən Nebraska və Virciniyaya qədər yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

8-12 m hündürlükdə yarpağını tökən, çoх iri olmayan ağac, bəzən koldur. Gövdəsinin qabığı açıq boz rəngdə olub, üzəri şişə oхşar çıхıntılarla örtülüdür. Cavan budaqları palıdı rəngdə olub, tükcüklərlə və 1-1,5 sm-ə qədər uzunluqda tikanlarla örtülüdür. Yarpaqları təklələkvari, 12-25 sm uzunluqdadır. Hər yarpaq tamkənarlı və dişli, 3-6 sm uzunluqda, 5-11 ədəd yumurtavarı və ya enli ellips formalı yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngli, tükcüklüdür. Tükcüklər əksərən damarların üzərindədir. Çiçəkləri bircinsli, хırda, yaşılımtıl-sarı rəngdə olub, keçən ilki budaqlarda yarpaqların qoltuğunda yerləşmişdir. Yarpaqlamadan qabaq çiçəkləyir. Qutucuq qaramtıl rəngdə olub, 5 mm diametrindədir. Toхumları qaradır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir.

Ekologiyası

redaktə

Azərbaycanın düzən və dağətəyi zonalarında 2-3 m-ə qədər hündürlüyə qalхaraq sıх tikanlı kollar əmələ gətirir.

Azərbaycanda yayılması

redaktə

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

redaktə

Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə oluna bilər.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Mioptrila odorata Raf.
  • Thylax fraxineum (Willd.) Raf.
  • Zanthoxylum americanum f. armatius F.C.Gates
  • Zanthoxylum americanum f. impuniens Fassett
  • Zanthoxylum caribaeum Gaertn.
  • Zanthoxylum cauliflorum Steud.
  • Zanthoxylum clava-herculis var. americanum Du Roi
  • Zanthoxylum fraxineum Willd.
  • Zanthoxylum fraxinifolium Marshall
  • Zanthoxylum mite Willd.
  • Zanthoxylum parvum Shinners
  • Zanthoxylum ramiflorum Michx.
  • Zanthoxylum tricarpum Hook.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Amerika_zantoksilumu&oldid=7958013"
LOVE.AZ