. Love.az

Ananas - Wikipedia - Love.az

Ana Səhifə - Ananas

Ananas (lat. Ananas) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.

Ananas
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Qırtıcçiçəklilər
Fəsilə:
Bromeliyakimilər
Yarımfəsilə:
Bromelioideae
Cins:
Ananas
Beynəlxalq elmi adı
  • Ananas Mill., 1754[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42334
NCBI  4614
EOL  33268

Ananasın vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır. Yarpaqlarından qiymətli əyirici lif alınır. Qoltuq tumurcuqlarından alınan zoğlarla çoxalır. Tropik ölkələrdə qədimdən becərilir. Əsas sortları Kayenna, Kuin, qırmızı İspaniya ananası (süfrə sortu), Santo-Dominqodur (konservlik).[3]

Mündəricat

  • 1 Sinonimləri
    • 1.1 Heterotipik sinonimləri
  • 2 Növləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Ananassa Lindl.
  • Pseudananas Hassl. ex Harms

Növləri

redaktə
  • Əsl ananas (Ananas comosus (L.) Merr.)
  • Ananas macrodontes É.Morren

İstinadlar

redaktə
  1. ↑ https://inpn.mnhn.fr/espece/cd_nom/447782/tab/taxo.
  2. ↑ https://www.aujardin.info/plantes/ananas_comosus.php.
  3. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 475 – 476. ISBN 978-9952-441-02-4.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ananas&oldid=8077690"
LOVE.AZ