. Love.az

Anastasiya Salos - Wikipedia - Love.az

Ana Səhifə - Anastasiya Salos

Anastasiya Maksimovna Salos (18 fevral 2002[1], Barnaul) — belaruslu bədii gimnast. Çoxnövçülük üzrə 2020-ci Avropa çempionatının, halqa və gürzlər üzrə 2021-ci Avropa çempionatının, komanda üzrə 2019-cu il Dünya çempionatının bürünc medal, 2019-cu il Avropa çempionatının və 2021-ci il Avropa çempionatının komanda heyətində gümüş medal mükafatı laureatı.

Anastasiya Salos
belar. Настасся Максімаўна Салас
Şəxsi məlumatlar
Doğum tarixi 18 fevral 2002(2002-02-18)[1] (23 yaş)
Doğum yeri
  • Barnaul, Altay diyarı, Rusiya
Boyu 161 sm
Çəkisi 42 kq
Gimnastika karyerası
Təmsil etdiyi ölkə Belarus Belarus
Gimnastika növü bədii gimnastika
Medallar
Dünya çempionatı
Bürünc Bakı 2019 komanda
Bürünc Kitakyuşu 2021 gürzlər
Bürünc Kitakyuşu 2021 komanda
Avropa çempionatı
Gümüş Varna 2021 komanda
Bürünc Varna 2021 halqa
Bürünc Varna 2021 gürzlər
Bürünc Kiev 2020 çoxnövçülük
Gümüş Bakı 2019 komanda

2020-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarının iştirakçısı olub.

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Erkən illəri
    • 1.2 Sonrakı dövr
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə

Erkən illəri

redaktə

Anastasiya Salos 4 yaşından doğma şəhəri Barnaulda bədii gimnastika ilə məşğul olmağa başlayıb.[2] 2014-cü ildə Belarusa köçən Anastasiya, Larisa Lukyanenkonun[3] tələbəsi olub, milli komandada oynayıb. O, 2016-cı ildə beynəlxalq yarışlara başlayıb, Tart Kubokunda iştirak edib, burada komanda hesabında qızıl medal qazanaraq, gənclər arasında çoxnövçülükdə ikinci yeri tutub. 2017-ci ildə Alina Kubokunda (Moskvada Qran-pri ilə birgə) gənclər arasında çoxnövçülükdə bürünc medal qazanıb. O, Deriugina Cup Beynəlxalq turnirində gənclər arasında çoxnövçülük yarışının qalibi olub və hər 4 yarışda finala yüksəlib.[4] 2017 Aeon Kubokunda gənclər arasında çoxnövçülükdə gümüş medal qazanıb.

Sonrakı dövr

redaktə

O, 2018-ci ildə keçirilən LA Lights yarışmasında böyüklər arasında debüt etdi. Sonra Moskvada keçirilən beynəlxalq turnirdə gümüş medal qazandı. 30 mart-1 aprel tarixlərində, Sofiyada keçirilən 2018-ci il Dünya Kubokunda iştirak edərək çoxnövçülükdə 5-ci yeri tutdu və hər 4 yarışda finala yüksəldi. Onun çıxış etdiyi növbəti yarışı Pezaroda keçirilən 2018-ci il Dünya Kuboku oldu ki, burada da top yarışında bürünc medal qazandı. O, çoxnövçülükdə ilk medalını 2018-ci ildə Bakıda keçirilən Dünya Kubokunda bürünc medalla qazanıb. O, 2018-ci ildə Qvadalaxarada keçirilən Dünya Kubokunda topla hərəkətdə bürünc, Minskdə keçirilən 2018-ci il Dünya Kubokunda isə topla hərəkətdə gümüş medal, klublar yarışında isə bürünc medal qazandı. 2018-ci ildə bədii gimnastika üzrə dünya çempionatında o, çoxnövçülükdə 10-cu yeri tutdu, lentlə finala yüksələrək 5-ci oldu.

2019-cu il LA Lights yarışmasında yarışaraq, çoxnövçülükdə 5-ci oldu.[5] Onun növbəti yarışı 2019-cu il Moskva Qran-prisi oldu ki, burada çoxnövçülükdə 5-ci yeri tutdu və lentlə hərəkətdə bürünc medal qazandı. 2019cu il Marbella Qran-prisində (2-3 mart) çoxnövçülükdə bürünc medal qazandı. O, bütün 4 yarışda lentlə 4-cü, gürzlə 5-ci, topla 6-cı və halqa ilə 8-ci yeri tutaraq finala yüksəlməyi bacardı. O, "Deriugina Cup 2019" beynəlxalq turnirində çoxnövçülükdə qızıl medal qazandı. Həmçinin top və lentlə yarışda qızıl, halqa və gürzlərlə yarışda gümüş medal qazandı. 2019-cu il Te Qran-prisində, çoxnövçülükdə 9-cu, halqa və gürzlərlə yarışda 4-cü yeri tutdu. 2019-cu ildə Sofiyada keçirilən Dünya Kubokunda o, çoxnövçülükdə 10-cu, lentlə hərəkətdə isə 5-ci yeri tutmuşdur. 2019-cu il Avropa çempionatında, komanda yarışında gümüş medal qazanaraq 3 növdə: lent, halqa və gürzlə hərəkətdə finala yüksələrək lentlə 4-cü, halqa və gürzlərlə yarışda 5-ci yeri tutdu. 2019-cu il Holon Qran-prisində, çoxnövçülükdə ilk qızıl medalını qazandı, burada da topla yarışda qızıl, lentlə yarışda gümüş və gürzlərlə yarışda isə bürünc medal qazandı.[6]

2020-ci il Moskva Qran-prisində o, halqa və topla hərəkətdə gümüş medal qazandı. 2020-ci il Brno Qran-prisində komanda üzvü kimi gümüş medal qazandı. 2020-ci il Kiyev Qran-prisində o, komanda, halqa və lentlə hərəkətlərdə bürünc, top və gürzlə hərəkətlərdə gümüş medal qazandı. 2020-ci il Avropa çempionatında isə, bürünc medal qazandı.

2020-ci il Olimpiya Oyunlarında 8-ci yeri tutdu. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustasıdır.[7]

Şəxsi həyatı

redaktə

Anastasiya Salos, Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində təhsil alır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Anastasiya Salos // https://www.olympedia.org/athletes/141060.
  2. ↑ "Анастасия Салос". Vsporte.by (rus). 2019-07-21 tarixində arxivləşdirilib.
  3. ↑ Пастушенко Т. "Переехала из России в Беларусь и мечтает попасть на Олимпиаду – Анастасия Салос о себе и гимнастике" (rus). Знамя Юности. 2020-10-01. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  4. ↑ "Салос Анастасия". gimnastika.pro (rus). 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  5. ↑ "2019 LA Lights Tournament of Champions" (PDF) (ingilis). 2019-04-28 tarixində arxivləşdirilib (PDF).
  6. ↑ "Results – Grand Prix Holon" (ingilis). 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  7. ↑ "Гимнастика художественная" (rus). Республиканское училище олимпийского резерва. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.

Xarici keçidlər

redaktə
  • Информация из [1]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anastasiya_Salos&oldid=8103479"
LOVE.AZ