. Love.az

Anastasiya Tatareva - Wikipedia - Love.az

Ana Səhifə - Anastasiya Tatareva

Anastasiya Alekseyevna Tatareva (d. 19 iyul 1997, Yekaterinburq, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Tatareva, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb.

Anastasiya Tatareva
rus. Анастасия Алексеевна Татарева
Şəxsi məlumatlar
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 19 iyul 1997 (27 yaş)
Doğum yeri Yekaterinburq, Rusiya
Boyu 165 sm
Çəkisi 44 kq
İdman növü Bədii gimnastika
Medallar
Olimpiya Oyunları
Qızıl 2016 Rio-de-Janeyro Çoxnövçülük
Dövlət təltifləri
"Dostluq" ordeni (Rusiya)

Karyerası

redaktə

Anastasiya Tatareva, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Maksimova və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anastasiya_Tatareva&oldid=7314060"
LOVE.AZ