. Love.az

Anatinae - Wikipedia - Love.az

Ana Səhifə - Anatinae

Əsl ördəklər (lat. Anatinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Əsl ördəklər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Odontoanserae
Klad:
Anserimorphae
Dəstə:
Qazkimilər
Yarımdəstə:
Anseres
Fəsiləüstü:
Anatoidea
Fəsilə:
Ördəklər
Yarımfəsilə:
Əsl ördəklər
Beynəlxalq elmi adı
  • Anatinae Uilyam Elford Liç, 1819[1]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  714011
NCBI  2068716
EOL  58972258
FW  67688

Yarımfəsiləyə daxil olan quşlar qısa boyunlarına nəzərən orta və çox da böyük olmayan ölçülərdə olur. Rəng çalarları müxtəlifdir. Növlərinin çoxunda qanadlarında simmetrik olaraq göy rəngli xallar var. Yayın ikinci yarısı, payızın əvvəllərində erkək və dişiləri xarici görünüşcə bir-birindən demək olar ki, fərqlənmirlər. Çoxalma dövründə rənglərində dəyişikliklər yaranır. Belə ki, erkəklərin rəng çalarları daha parlaq görünür. Tük tökmə ildə iki dəfə, yayda tam olaraq, payızda isə hissə-hissə baş verir. Tük tökmə zamanı iri ləlklər də tökülür ki, bu da quşların bir müddət uça bilmıəmısinə səbəb olur.

Bu quşlar əsasən su bitkilərinin vegetativ hissələri, ot toxumları, eləcə də həşəratlar və molyusklarla qidalanırlar.

Təsnifatı

redaktə
  • Anatinae yarımfəsiləsi
    • Triba Anatini
      • Müşk ördəyi (Cairina) cinsi
      • Ağqanad ördək (Asarcornis) cinsi
      • Xartlauba ördəyi (Pteronetta) cinsi
      • Kiçik qaz (Nettapus) cinsi
      • Halqalı cürə (Callonetta) cinsi
      • Meşə ördəyi (Aix) cinsi
      • Çətirtel ördək (Chenonetta) cinsi
      • Braziliya cürəsi (Amazonetta) cinsi
      • Yeni Zelandiya ördəyi (Hymenolaimus) cinsi
      • Zolaqlı ördək (Salvadorina) cinsi
      • Kəkilli ördək (Lophonetta) cinsi
      • Eynəkli ördək (Speculanas) cinsi
      • Çay ördəyi (Anas) cinsi
      • Çəhrayıqulaq ördək (Malacorhynchus) cinsi
      • Mərmər cürə (Marmaronetta) cinsi
      • Çəhrayıbaş ördək (Rhodonessa) cinsi
      • Dalğıc (Netta) cinsi
      • Qaraördək (Aythya) cinsi
    • Triba Mergini
      • Qaqa (Somateria) cinsi
      • Kiçik qaqa (Polysticta) cinsi
      • Labrador qaqası (Camptorhynchus) cinsi
      • Qayaördəyi (Histrionicus) cinsi
      • Moryanka (Cdilula) cinsi
      • Qılquyruq (Melanitta) cinsi
      • Güləyənquşu (Bucephala) cinsi
      • Kiçik pazdimdik (Mergellus) cinsi
      • Pazdimdik (Mergus) cinsi
    • Triba Oxyirini
      • Qarabaş ördək (Heteronetta) cinsi
      • Maskalı göydimdik (Nomonyx) cinsi
      • Göydimdik (Oxyura) cinsi
      • Pərli ördək (Biziura) cinsi

İstinadlar

redaktə
  1. ↑ Synopsis of the Contents of the British Museum. 15 1819. S. 67.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əsl_ördəklər&oldid=6884410"
LOVE.AZ