. Love.az

Anatoli Ado - Wikipedia - Love.az

Ana Səhifə - Anatoli Ado

Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis.

Anatoli Ado
Doğum tarixi 8 yanvar 1928(1928-01-08)
Doğum yeri
  • Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 14 may 1995(1995-05-14) (67 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Elm sahəsi Fransa tarixi
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yeri
  • Moskva Dövlət Universiteti
Təhsili
  • Moskva Dövlət Universitetinin Tarix fakültəsi[d]

Həyatı

redaktə

Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996).[1]

İstinadlar

redaktə
  1. ↑ Е. В. Киселёва. АДО́ Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine

Əlavə ədəbiyyat

redaktə
  • Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002. М., 2002.
  • Бовыкин Д. Ю. Анатолий Васильевич Адо: образ и память. Саратов: Научная книга, 2007.
  • Бовыкин Д. Ю. Анатолий Васильевич Адо // Российская историческая энциклопедия. Т. 1. М., 2015, с. 162
  • Гордон А. В. Историки железного века. — М.-СПб.: Центр гуманитарных инициатив, 2018. — 448 с.
  • Смирнов В. П. Анатолий Васильевич Адо: человек, преподаватель, ученый (1928–1995) // Новая и новейшая история. 1997. № 1. С. 184–209.
  • Федосова Е. И. Анатолий Васильевич Адо // Вестник Московского университета. Серия 8. История. 1996. № 5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anatoli_Ado&oldid=6626471"
LOVE.AZ