Anatoli Vsilyeviç Torkunov (26 avqust 1950, Moskva) — 1992-ci ildən Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet) rektoru, Rusiya diplomatı, tarixçisi və politoloqu, Rusiya Elmlər Akademiyasının akademiki (2008).
Anatoli Torkunov | |
---|---|
rus. Анатолий Торкунов | |
![]() | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Milliyyəti | Rus |
Atası | Vasili |
Elm sahəsi | politoloq |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adları | akademik, professor |
İş yeri | Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet) rektoru |
Alma-mater | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu |
Təhsili | ali |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
|
torkunov.mgimo.ru/bio.php | |
![]() |
26 avqust 1950-ci ildə Moskvada anadan olub. Atası Vasili İvanoviç Torkunov (1913-1987), - ZİL vaodunun rəhbərləindən olub, SSRİ-də avtomobil sənayesinin təşkilatçılarından hesab edilir.
1972-ci ildə MDBMİ-nin beynəlxalq münasibətlər fakültəsini bitirərək institutun aspiranturasına Asiya və Afrika ölkələri tarixi və mədəniyyəti kafedrası üzrə daxil olur.
Aspiranturada təhsil zamanı rektorun köməkçisi təyin edilir (1974) və eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur.
1977-ci ildə tarix elmləri namizədi elmi adı üzrə dissertasiya müdafiə edir (mövzusu «Cənubi Koreyada hərbi-bürokratik rejimin təşəkkülü və inkişafı (1961—1976-ci illər.)»). 1979-cu ildə ona dosent elmi dərəcəsi verilir.
1977—1983-cü illərdə Asiya və Afrika ölkələri tarixi və mədəniyyəti kafedrasının baş müəllimi, dosenti, xarici tələbələrlə iş üzrə dekan, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrini tutur.
1991-ci ildə professor elmi adını alır.
1992-ci ilin oktyabrında kollektivin ümumi yığıncağında MDBMİ-nin rektoru seçilir. 1997, 2002, 2007 və 2012-ci illərdə yenidən bu vəzifəyə seçilir.
Tədris prosesinin modernlşməsinin və ali məktəbin struktur dəyişikliyi edilməsinin təşəbbüskarıdır. Onun dövründə MDBMİ universitet statusu alır.
1993-cü ildə fövqalədə və səlahiyyətli səfir diplomatik dərəcəsini alır.
1995-ci ildəsiyasi elmələr doktoru elmi dərəcəsi almaq üçün doktoluq dissertasiyasını müdafiə etdi (mövzu: "Koreya yarımadasında təhlükəsizlik problemləri: beynəlxalq-siyasi və Koreyadaxili aspektlər").
1997-ci ildən Rusiya Xarici İşlər Nazirliyi kollegiyasının üzvüdür.
1999-cu ildən Rusiya beynəlxalq tədqiqatlar assosiasiyasının prezidentidir.
2003-cü ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 2008-ci ildə isə akademiki seçilir.
2006-cı ildə Rusiya Prezidenti yanında elm, texnologiya və təhsil üzrə şuranın Rəyasət Heyətinin üzvü təyin edilir.
2008-ci ildən «Вестник МГИМО-Университета» jirnalının baş redaktorudur[1].
2010-cu ilin oktyabrından REA qlobal problemlər və beynəlxalq əlaqələr bölməsinin akademik-katibinin müavinidir[2].
Həyat yoldaşıа - Torkunova İrina Gennadiyevna, musiqiçiт, fortepiano müəlliməsidir. "Русский фаянс и фарфор. Империя Кузнецовых и Конаково. Из частного собрания" kitabının müəllifidir. (М.:Издательство "Среди коллекционеров", 2010. - 510 с.; ISBN 978-5-904969-05-9).
Qızı - Torkunova Yekaterina Anatolyevna, hüquq elmləri namizədi, vəkil, MDBMİ(U) Avropa hüququ kafedrasının dosenti, vəkillər kafedrasının üzvüdür.
Anatoli Torkunov aşağıdakı ictimai fəaliyyətlə məşğuldur və elmi vəzifələri var: