Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (oktyabr 2022) |
Andi Qutmans (İvritcə: אנדי גוטמנס təq. 1972[1], İsrail) — İsveçrə əsilli İsrailli proqramçı. PHPnin inkişafına göstərdiyi töhfə və Zend Texnologiyasının qurucularından biri kimi tanınır. Qutmans Haifa şəhərində yerləşən Techniondan məzun olduqdan sonra Zeev Suraski ilə birlikdə PHP 3ü inkişaf etdirmişdir. Eyni zamanda 1999-cu ildə Zend Enginein yaradılmasında da böyük rol oynamışdır. Bu iki şəxs, eyni ildə Zend Technologies adında bir şirkət də yaratmışdır. Şirkətin adı, Zeev və Andi sözlərinin birləşməsindən yaranmışdır.
Andi Qutmans | |
---|---|
![]() | |
Doğum tarixi | təq. 1972[1] |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | sahibkar, proqramçı, iş adamı, informatik |
andigutmans.com | |
![]() |
Qutmans hal-hazırda Zend Technologiesin CEOsudur. Bu posta gəlmədən öncə isə şirkətin yaratdığı məhsullar ilə Zendin framework və PHP Development Tools proyektləri üzərində işləmişdir. Şirkətə maddi olaraq dəstək olan Qutmans, Adobe, IBM, Microsoft və Oracle kimi şirkətlər ilə müxtəlif mövzularda əməkdaşlıq etmişdir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |