. Love.az

Andre Jak Qarneren - Wikipedia - Love.az

Ana Səhifə - Andre Jak Qarneren

Andre-Jak Qarneren (fr. André-Jacques Garnerin) — fransız ixtiraçı və aviator. Çərçivəsiz paraşütü ixtira etmişdir. Qarneren Jak Şarlın tələbəsi olmuşdur.

Andre-Jak Qarneren
fr. André-Jacques Garnerin
Doğum tarixi 31 yanvar 1769
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 13 avqust 1821 (52 yaşında)
Vəfat yeri Paris, Fransa
Milliyyəti Fransız
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Napoleon müharibələrinin ilk illərində Böyük Britaniya ordusuna əsir düşmüş və Avstriya birliklərinə təhvil verilmişdir. 1792–1797-ci illərdə Qarneren Budapeşt şəhərində əsirlikdə saxlanılmışdır. Həbsxanada olan zaman, həbsxanadan qaçmaq üçün paraşütün sxemini hazırlamışdır.

Həbsxanadan buraxıldıqdan sonra Fransaya qayıtmış və burada hava şarında uçuşlar təşkil etməyə başlamış və nəhayət 1797-ci il 22 oktyabr tarixində Parisin Monso parkında 900 metr hündürlükdə uçan hava şarından paraşütlə tullanmışdır.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Andre-Jak_Qarneren&oldid=7504533"
LOVE.AZ