. Love.az

Andrey Sipilin - Wikipedia - Love.az

Ana Səhifə - Andrey Sipilin

Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022).

Andrey Sipilin
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Vəzifədədir
24 noyabr 2022-ci ildən
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
2019 – 2022
Şəxsi məlumatlar
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Bakı Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Əmək fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və təhsili

redaktə

1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb[1].

Əmək fəaliyyəti

redaktə

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib[2].

2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb[3].

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib[4].

İstinadlar

redaktə
  1. ↑ "Mehriban Əliyevanın yeni köməkçisi". 2019-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
  2. ↑ Birinci vitse-prezidentin köməkçisi
  3. ↑ "A.V.Sipilinin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
  4. ↑ "A.V.Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Andrey_Sipilin&oldid=7513391"
LOVE.AZ