Angry Birds (azərb. Qəzəbli Quşlar) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı.[2] Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar.
Angry Birds | |
---|---|
![]() | |
![]() | |
Hazırlayan | Rovia Entartaiment |
Yayımlayan | Clickgamer (iOS və PSP versiyaları) |
Versiya |
2.1.1 iOS, Android 2.0.2 Microsoft Windows, Mac OS X, Symbian 1.6.3 BlackBerry Tablet OS 1.5.3 Windows Phone 1.5.2 Maemo 1.5.0.7[1] Google Chrome 1.5.0 PlayStation 3 1.1.4 (WebGL) |
Texniki məlumat | |
Oyun rejimləri | birnəfərli |
Rəsmi saytı | |
![]() |
Oyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər. Bəzi hissələrdəki donuzların zirehi vardır, bu donuzları öldürmək daha çətindir.